Dumanlı hava Bakı-Gəncə reysini ləngidib
Bu gün Bakı şəhərində səhər saatlarından müşahidə olunan dumanlı hava şəraiti Heydər Əliyev Beynəlxalq Hava Limanında təyyarələrin qəbulu və yola salınmasına ciddi təsir etməyib.
1news.az xəbər verir ki, bu haqda hava limanından bildirilib.
Lakin əlavə edilib ki, Bakıdan Gəncəyə saat 09:55 radələrində uçmalı olan təyyarə dumanlı hava şəraitinə görə qrafik üzrə uça bilməyib. Qeyd edilən istiqamət üzrə ancaq indi sərnişinlər təyyarəyə minməyə başlayıblar. Yaxın dəqiqələrdə təyyarənin yola salınması planlaşdırılır.
1news.az
643