Gəncədə 240 yerlik körpələr evi-uşaq bağçasının əsaslı təmirdən sonra açılışı olub - FOTO | 1news.az | Xəbərlər
Rəsmi

Gəncədə 240 yerlik körpələr evi-uşaq bağçasının əsaslı təmirdən sonra açılışı olub - FOTO

13:46 - 17 / 02 / 2016
Gəncədə 240 yerlik körpələr evi-uşaq bağçasının əsaslı təmirdən sonra açılışı olub - FOTO

Prezident İlham Əliyev fevralın 17-də “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyinin balansında olan 240 yerlik körpələr evi-uşaq bağçasının əsaslı təmirdən sonra açılışında iştirak edib.

1news.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, dövlətimizin başçısına məlumat verildi ki, körpələr evi-uşaq bağçası 1989-cu ildə inşa edilib. Əsaslı təmir işlərinə 2014-cü ilin avqustunda başlanılıb. Binanın ümumi sahəsi 13 min, tikintialtı sahəsi isə 2 min kvadratmetrdən artıqdır. Bağçanın ərazisi hasarlanıb, yaşıllıq zolağı yaradılıb, uşaqların istirahətini mənalı təşkil etmək üçün yay çardaqları, əyləncə və oyun avadanlığı quraşdırılıb. Bina üçün su anbarı, qazanxana tikilib.

Bağçanın idman zalı, üzgüçülük hovuzu müasir səviyyədə təmir olunub. Burada qrup, yataq və soyunub-geyinmə, şahmat və tibb otaqları, oyun zalı, metodik kabinet təşkil olunub.

Diqqətə çatdırıldı ki, bağçada 9 qrupda hazırda 164 körpə var. Onlardan 64-ü “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyində çalışan işçilərin övladıdır. Körpələr evi-uşaq bağçasında ingilis dilini və şahmatı dərindən öyrənmək məqsədilə əlavə dərslər tədris olunur.

Bağçada tərbiyə alan uşaqların daşınması xüsusi avtobusla mühafizəçilərin nəzarəti altında həyata keçirilir.

Körpələr evi-uşaq bağçasında hazırda 19 nəfər çalışır ki, onlardan doqquzu peşəkar tərbiyəçi, üçü ingilis dili, musiqi, rəsm fənlərləri üzrə müəllim, ikisi şahmat müəllimi, biri isə tibb bacısıdır.

1news.az

Paylaş:
1553

Son xəbərlər

Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilib22 / 11 / 2024, 18:02Bloomberg: SOCAR Türkiyədəki qazpaylayıcı şəbəkəsini satmaq üçün danışıqlar aparır22 / 11 / 2024, 17:40Trendyol COP29-da - Şirkət 2023-cü il üzrə Dayanıqlılıq Hesabatını təqdim etdi - FOTO22 / 11 / 2024, 17:37COP29 Sədrliyi bəyanat yayıb - Maliyyənin artırılması ilə bağlı çağırış22 / 11 / 2024, 17:27İsrailli nazir Albert Aqarunovun məzarını ziyarət edib22 / 11 / 2024, 17:15İlk gündəki kimi izdiham, önəmli görüşlər – COP29-un son günündən FOTOREPORTAJ22 / 11 / 2024, 17:13Dövlət başçısı: Əminəm ki, ICAPP 12-ci Baş Assambleyasında müzakirələr səmərəli əməkdaşlığa yol açacaq22 / 11 / 2024, 17:07Prezident: Azərbaycan Cənubi Qafqazda dayanıqlı sülh üçün əlverişli şərait yaradıb22 / 11 / 2024, 16:52İlham Əliyev ICAPP 12-ci Baş Assambleyasının iştirakçılarına müraciət ünvanlayıb22 / 11 / 2024, 16:39Azərbaycan və Almaniya XİN başçıları görüşüb22 / 11 / 2024, 16:24Fərid Əhmədova III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilib22 / 11 / 2024, 16:19Azərbaycanın təşəbbüsü ilə ilk dəfə Qlobal Cənub QHT Platforması yaradılır22 / 11 / 2024, 15:56Azad olunmuş ərazilərə getmək istəyənlərin NƏZƏRİNƏ: Dekabr üçün biletlər satışa çıxarılacaq22 / 11 / 2024, 15:50Azərbaycanın turizm imkanları Özbəkistanda sərgilənir22 / 11 / 2024, 15:40Sevgilisini bıçaqlayıb maşınla üzərindən keçdi22 / 11 / 2024, 15:37Rusiya-Ukrayna müharibəsində həlak olan azərbaycanlının nəşi 2 ay sonra tapıldı22 / 11 / 2024, 15:11Goranboyda qadın bıçaqlanıb22 / 11 / 2024, 14:55Fuad Axundov COP29-da İrəvan xanlığının tarixindən danışdı - FOTO22 / 11 / 2024, 14:19Qubada iki avtomobil toqquşub22 / 11 / 2024, 14:18İmişlidə ölümlə nəticələnən yol qəzası olub22 / 11 / 2024, 14:02
Bütün xəbərlər