Azərbaycanda 11 yaşlı uşaq intihar edib | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda 11 yaşlı uşaq intihar edib

13:53 - 17 / 02 / 2016
Azərbaycanda 11 yaşlı uşaq intihar edib

Cəlilabad rayonunda intihar hadisəsi baş verib.

 

1news.az xəbər verir ki, Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Cəlilabad rayon şöbəsindən APA-nın cənub bürosuna verilən məlumata görə, hadisə fevralın 16-da günorta saatlarında rayonun Gülməmmədli kəndində qeydə alınıb.

 

Kənd sakini, 2005-ci il təvəllüdlü  Sabir Səlim oğlu Nuri özünü yaşadığı evin yanındakı yardımçı tikilinin içərisində kəndirlə asıb.

 

11 yaşlı uşağın özünü hansı səbəblərdən öldürməsi ilə bağlı hər hansı bir açıqlama verilmir.

 

Faktla bağlı Cəlilabad Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

 

1news.az

Paylaş:
798

Son xəbərlər

Bütün xəbərlər