ARDNF-dən dövlət büdcəsinə transfertlərin həcmi artırılacaq | 1news.az | Xəbərlər
İqtisadiyyat

ARDNF-dən dövlət büdcəsinə transfertlərin həcmi artırılacaq

14:40 - 17 / 02 / 2016
ARDNF-dən dövlət büdcəsinə transfertlərin həcmi artırılacaq

2016-cı ildə Azərbaycan Dövlət Neft Fondundan (ARDNF) dövlət büdcəsinə transfertlərinin həcminin artırılması nəzərdə tutulur.

1news.az APA-ya istinadən xəbər verir ki, bu, "Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında" qanunda dəyişikliklər layihəsində öz əksini tapıb.

Sənəddə 2016-cı ildə dövlət büdcəsi gəlirlərinin 7 mlrd. 615  mln. manatı və ya 45,3%-i ARDNF-dən transfertin payına düşəcək.

Xatırladaq ki, 2016-cı il üçün təsdiq olunmuş dövlət büdcəsində ARDNF-dən transfertlərin həcmi 6 mlrd. manat nəzərdə tutulmuşdu.

1news.az

Paylaş:
789

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər