AZAL və “airBaltic” Riqaya birgə uçuşlar həyata keçirəcək | 1news.az | Xəbərlər
İqtisadiyyat

AZAL və “airBaltic” Riqaya birgə uçuşlar həyata keçirəcək

15:29 - 17 / 02 / 2016
AZAL və “airBaltic” Riqaya birgə uçuşlar həyata keçirəcək

“Azərbaycan Hava Yolları” (AZAL) və Latviyanın “airBaltic” aviaşirkəti 29 may tarixindən etibarən Bakı-Riqa-Bakı marşrutu üzrə birgə reyslər yerinə yetirməyə başlayacaq.

1news.az-ın AZAL-ın mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, birgə istismar haqqında razılaşmaya (code-share agreement) əsasən, “airBaltic” aviaşirkətinin bu hava xətti üzrə reysləri hər iki aviaşirkətin kodları altında yerinə yetiriləcək.

Riqa-Bakı marşrutu üzrə birbaşa uçuşlar hər həftənin çərşənbə və bazar günləri yerinə yetiriləcək. Bakıdan Riqa istiqamətində uçuşlar isə bazar ertəsi və cümə axşamı günləri həyata keçiriləcək.

Heydər Əliyev Beynəlxalq Hava Limanından uçuş - Bakı vaxtı ilə səhər saat 07:05 –də, Riqa Beynəlxalq Hava limanına enmə - yerli vaxtla saat 09:15-də. Riqadan uçuş - yerli vaxtla saat 23:55-də, Heydər Əliyev Beynəlxalq hava Limanına enmə - Bakı vaxtı ilə saat şəhər 05:50-də.

Bakı-Riqa-Bakı marşrutu üzrə aviabiletin qiyməti 314 avrodan başlayır.

Latviyanın paytaxtı Riqa Baltikyanı ölkələrin ən böyük şəhəri və ölkənin əsas turizm mərkəzidir. Riqanın Köhnə Şəhər, Lido əyləncə mərkəzi  və digər maraqlı turistik yerləri müxtəlif ölkələrindən hər il minlərlə turist cəlb edir.

Riqaya reyslər biznes və ekonom salonlu, komfortlu Boeing-737 laynerləri ilə həyata keçiriləcək.

Biletləri AZAL-ın və “airBaltic” aviaşirkətinin kassalarında əldə etmək və www.azal.az və www.airbaltic.com saytlarında bronlaşdırmaq mümkündür.

Aviabiletləri əldə etmək və daha ətraflı məlumat almaq üçün aşağıdakı telefon nömrələri ilə əlaqə saxlaya bilərlərsiniz:  

(+994 12) 598-88-80;

*8880.

E-mail: [email protected]

1news.az

Paylaş:
680

Son xəbərlər

COP29 çərçivəsində İqtisadiyyat Nazirliyi tərəfindən təşkil edilmiş tədbirlər26 / 11 / 2024, 18:52Azərbaycan və Türkiyə dəniz xüsusi təyinatlıları şərti düşmən arxasına helikopterdən enmə tapşırıqları yerinə yetiriblər26 / 11 / 2024, 17:51Bakı ilə Seul arasında birbaşa uçuşlar həyata keçiriləcək26 / 11 / 2024, 17:44Milli Məclisin 29 noyabra olan gündəliyi açıqlanıb - SİYAHI26 / 11 / 2024, 17:41Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVA26 / 11 / 2024, 17:23Özbəkistan Baş Prokurorluğu Komil Allamjonova sui-qəsd cəhdi ilə bağlı cinayət işinin yeni təfərrüatlarını açıqlayıb26 / 11 / 2024, 17:12Nəsimi rayonunda qanunsuz tikilinin qarşısı alındı26 / 11 / 2024, 17:08Sabah bələdiyyə seçkilərinin tarixi elan ediləcək26 / 11 / 2024, 16:52Sevinc Fətəliyeva: “Azərbaycan COP29-la beynəlxalq ictimaiyyətin inam və etimadını növbəti dəfə doğrultdu”26 / 11 / 2024, 16:41“Araz-2024” birgə taktiki təliminə hazırlıq prosesi başa çatıb - FOTO26 / 11 / 2024, 16:34Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib26 / 11 / 2024, 15:59Metroda qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək - “Həzi Aslanov” təmirə dayanır26 / 11 / 2024, 15:52Azərbaycanda daha 549 mənzil kirayə üsulu ilə satışa çıxarılacaq26 / 11 / 2024, 15:36Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaq26 / 11 / 2024, 15:25Hikmət Hacıyev: “Politico” nəşri dezinformasiya yaymaqda davam edir26 / 11 / 2024, 15:18Xarici jurnalistlər Qala qoruğunda olublar26 / 11 / 2024, 14:32AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib - SƏRƏNCAM26 / 11 / 2024, 14:10Bakının rayonlarında qışa hazlıqla bağlı müşavirələr keçirilir26 / 11 / 2024, 14:01Elçin Məsiyev UEFA Konfrans Liqası matçının baş hakimi təyin olunub26 / 11 / 2024, 13:47Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış genişləndirildi - FOTO - VİDEO26 / 11 / 2024, 13:18
Bütün xəbərlər