Mərkəzləşdirilmiş istilik sisteminin üstünlükləri | 1news.az | Xəbərlər
Cəmiyyət

Mərkəzləşdirilmiş istilik sisteminin üstünlükləri

15:35 - 17 / 02 / 2016
Mərkəzləşdirilmiş istilik sisteminin üstünlükləri

Dekabr-fevral ənənəvi olaraq Azərbaycanda ən soyuq dövr hesab edilir. Məhz bu aylarda mənzilin isidilməsi üçün lazım olan xərclər özünü büruzə verir, halbuki biz buna mənzil alan zaman əhəmiyyət vermirik.

Bu haqda 1news.az-a şirkətdən verilən məlumata görə, qışda Bakıda orta temperatur 7,5-10,4 dərəcə təşkil edir. Bu, orta illik temperaturu -5 və 10 dərəcə olan Şərqi Avropa ölkələrindən qat-qat mülayim hava şəraitidir. Amma cənubda yerləşən ölkənin paytaxtı üçün Bakıda qış kifayət qədər “sərin” keçir. Yeni tikililərin sakinləri vəziyyətdən iki çıxış yolu görür. Onlar ya öz evlərində istilik sistemi quraşdırır, ya da mərkəzləşdirilmiş istilik sistemi olan yaşayış kompleksində mənzil alırlar (söhbət yeni tikililərdən getdiyi üçün dövlət tərəfindən quraşdırılan istilik sistemləri nəzərdə tutulmur).   

Beləliklə, mərkəzləşdirilmiş istilik sistemi olan kompleksdə mənzil almaq sərfəlidir, yoxsa evdə istilik sistemi quraşdırmaq?

Bir sıra önəmli fərqləndirici xüsusiyyətlər sizə düzgün seçim etməyə yardım edəcək. 100 kv.m sahəsi olan mənzildə quraşdırılmış fərdi istilik sisteminin (kombinin) işlətdiyi qaz üçün ayda 75 manatadək pul ödəmək lazımdır. Qaz sərfiyyatı sizin təyin etdiyiniz temperaturdan asılıdır. Mərkəzləşdirilmiş istilik sistemi üçün nümunə kimi “Renessans Palace” yaşayış kompleksini nəzərdən keçirək. İlkin qiymətləndirməyə əsasən burada kommunal xidmətlər üzrə ödəniş bir kvadratmetr üçün 0,7-0,8 manat səviyyəsində nəzərdə tutulub. Bu qiymətləndirmə ilə sahəsi 100 kv.m olan mənzilin aylıq kommunal ödənişi 70-80 manat təşkil edəcək.

Bu tam gücü ilə işləyən fərdi istilik sisteminin tələb etdiyi xərclə təqribən eynidir. Amma “Renessans Palace”-da kommunal xidmətlər üçün ödəniş istiliklə yanaşı olaraq həyətyanı sahələrin təmizlənməsini, mühafizə sistemini, lifti, yaşıllıqlara qulluğu və işıqlandırmanı da əhatə edir. Beləliklə, xərclərin təqribən eyni olmasına baxmayaraq, “Renessans Palace”-da daha çox xidmət əldə etmək olar. Qızdırıcı istilik daşıyıcılarının daha ucuz yanacaqla işləməsi sistemin ümumi qənaətcilliyini artırır.

Mərkəzləşdirilmiş istilik sisteminin digər üstünlüyü – mənzilin daxilində quraşdırma işlərini aparmağa ehtiyac yoxdur. Mövcud vəziyyətdə evdə istilik sisteminin quraşdırılması bir neçə min manat tələb edir ki, bu da çoxları üçün kifayət qədər böyük maliyyə itkisi deməkdir.

Mərkəzləşdirilmiş istilik sisteminin daha bir üstünlüyü – təhlükəsizlikdir. Qazanxanaların əksəriyyəti istənilən yanacaqla işləyə bilər ki, bu da həm mənzillərin, həm də sistemin təhlükəsizliyini təmin edir.

Ən nəhayət evdə quraşdırılan fərdi istilik sistemindən fərqli olaraq mərkəzləşdirilmiş istilik sistemi ekoloji cəhətdən təmizdir və mənzildə zərərli məhsulların yaranmasını istisna edir. 

Sadalanları yekunlaşdıraraq qeyd etmək lazımdır ki, mərkəzləşdirilmiş istilik sistemi qənaətcil, təhlükəsiz və iqtisadi cəhətdən daha sərfəli bir sistemdir. Xarici ölkələrin və Azərbaycanın təcrübəsi göstərir ki, mərkəzləşdirilmiş istilik sistemi çoxmənzilli evlərin isidilməsi zamanı istifadə olunan ən təkmil qurğulardan biridir.

Paylaş:
1341

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər