Prezident “Gəncə - 2016-cı il Avropa Gənclər paytaxtı” parkında yaradılan şəraitlə tanış olub - FOTO | 1news.az | Xəbərlər
Rəsmi

Prezident “Gəncə - 2016-cı il Avropa Gənclər paytaxtı” parkında yaradılan şəraitlə tanış olub - FOTO

15:53 - 17 / 02 / 2016
Prezident “Gəncə - 2016-cı il Avropa Gənclər paytaxtı” parkında yaradılan şəraitlə tanış olub - FOTO

Prezident İlham Əliyev “Gəncə - 2016-cı il Avropa Gənclər paytaxtı” parkında yaradılan şəraitlə tanış olub.

1news.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, dövlət başçısına məlumat verilib ki, parkın inşasına 2015-ci ildə başlanılıb. Tikinti işləri ilin sonunda başa çatdırılıb.

Ümumi sahəsi 1,8 hektar olan parkda geniş tikinti-quruculuq və abadlıq işləri aparılıb, yaşıllıq zolaqları salınıb. Parkın mərkəzində hündürlüyü 5 metr olan “Gəncliyin qanadları” abidəsi ucaldılıb.

1news.az

Paylaş:
1451

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər