Kərəm Həsənovun Qobustan rayonunda vətəndaşlarla görüşünün tarixi dəyişdirildi
Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənovun 19 fevral tarixində Qobustan rayonunda keçirəcəyi vətəndaş qəbulu 27 fevral tarixinə keçirilib.
1news.az-ın məlumatına görə, Qəbulda Qobustan, Şamaxı, Ağsu rayonlarından olan vətəndaşların müraciətlərinə baxılacaq.
Qəbulda yuxarıda qeyd olunmuş rayonlardan olan vətəndaşlar iştirak edə bilər və yalnız komitənin fəaliyyət sahələrinə aid olan müraciətlərə baxılacaq.
Qəbula yazılmaq istəyən vətəndaşlar komitənin [email protected] elektron ünvanına yaza və aşağıdakı nömrələrlə əlaqə saxlaya bilərlər:
Komitənin Aparatı: (012) 490 24 08 (daxili 105 və 349)
Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı ərazi idarəsi: 020-24 (5-29-93), 020-26 (5-01-08)
1news.az