Goldman Sachs: Neftin qiymətinin enmə ehtimalı azdır
“Goldman Sachs Group Inc”-in analitikləri hesab edir ki, neft qiymətinin gələcəkdə enmə ehtimalı məhduddur.
1news.az “İnterfax”-a istinadən xəbər verir ki, neft kəskin ifadə olunan trend üzrə satılmır,1 barelə görə qiymət 20-40 dollar arasında dəyişir. Bu da onu deməyə əsas verir ki, qiymətlərin gələcəkdə əhəmiyyətli dərəcədə enməsi ehtimalı məhduddur.
Eyni zamanda ekspertlər qeyd edir ki, dəyişkənliyi nəzərə alaraq neft qiymətinin 20 dollardan aşağı düşməsinə də təəccüblənməyə dəyməz.
CMC Merkets-in qənaətinə görə Brent neftinin qiyməti 3-cü gündür ki bahalaşır, lakin qiymətin 36 dollara qalxması bunun davamlı olacağını sübut edə bilər.
“Neft həmin həddi ötməlidir, yalnız bu halda o geniş yüksəlmə korreksiyasına bənzəyəcək”, - CMC Merkets-inbaş analitiki Rik Spuner bildirib.
Londonun ICE Futures birjasında Brent neftinin 1 barelinin qiyməti 0,44 dollar (1,32%) bahalaşaraq 30,03 dollar olub.
1news.az