Naxçıvanda səhiyyə müəssisələri gücləndirilmiş iş rejiminə keçib | 1news.az | Xəbərlər
Cəmiyyət

Naxçıvanda səhiyyə müəssisələri gücləndirilmiş iş rejiminə keçib

00:54 - 17 / 02 / 2016
Naxçıvanda səhiyyə müəssisələri gücləndirilmiş iş rejiminə keçib

Naxçıvan Muxtar Respublikasında epidemioloji vəziyyətə nəzarət etmək məqsədilə qabaqlayıcı profilaktik tədbirlər görülüb, səhiyyə müəssisələri gücləndirilmiş iş rejiminə keçib.

1news.az-ın APA-ya istinadən məlumatına görə, bu barədə Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi məlumat yayıb.

Ərazi Gigiyena və Epidemiologiya mərkəzləri tərəfindən məktəb və məktəbəqədər uşaq müəssisələrində, ictimai-iaşə obyektlərində, əhalinin daha sıx olduğu ictimai yerlərdə, məişət tullantı meydançalarında, həmçinin su anbarlarında, su təchizatı qurğularında müntəzəm dezinfeksiya və dezinseksiya işləri aparılıb.

1news.az

Paylaş:
808

Son xəbərlər

Bütün xəbərlər