Estoniyanın dövlət radiosunda Xocalı soyqırımı barədə danışılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Estoniyanın dövlət radiosunda Xocalı soyqırımı barədə danışılıb

1news Redaksiyası15:06 - 18 / 02 / 2016
Estoniyanın dövlət radiosunda Xocalı soyqırımı barədə danışılıb

Estoniyanın dövlət radiosunun R4 dalğalarında “Ocaq” verilişinin növbəti buraxılışı Xocalı soyqırımı ilə bağlı olub.

1news.az AZƏRTAC-a istinadla xəbər verir ki, qaboy ustası Kamil Cəlilovun ifasında “Bayatı-Şiraz” muğamı ilə başlayan verilişdə aparıcı Sənəm Əliyeva Xocalı soyqırımının Qarabağ müharibəsinin ən dəhşətli səhifəsi olduğunu deyib və faciə haqqında məlumat verib.

O, Xocalı soyqırımının 24-cü ildönümü ərəfəsində günahsız qurbanları yad edərək, bütün dinləyiciləri bir daha baş verməməsi üçün belə faciələri unutmamağa çağırıb.

1news.az

 

Paylaş:
879

Son xəbərlər

Türkiyədə zəlzələ olub

09 / 11 / 2026, 17:23

Yaponiyada zəlzələ olub

09 / 11 / 2026, 13:45
Bütün xəbərlər