Azərbaycanda cinayət törədən 61 nəfər tutulub | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda cinayət törədən 61 nəfər tutulub

18:03 - 18 / 02 / 2016
Azərbaycanda cinayət törədən 61 nəfər tutulub

Respublikanın daxili işlər orqanları tərəfindən fevralın 17-də 89 cinayət faktı qeydə alınıb.

Daxili İşlər Nazirliyindən 1news.az-a verilən məlumata görə, onların da 30-u “isti izlər”lə açılıb.

Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 36 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.

Respublikanın avtomobil yollarında 7 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, 12 nəfər isə yaralanıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 14, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.

Cinayət törətdiklərinə görə 61 nəfər tutulub.

1news.az

Paylaş:
592

Son xəbərlər

Bütün xəbərlər