İlham Əliyev Portuqaliyanın yeni prezidentini təbrik edib | 1news.az | Xəbərlər
Rəsmi

İlham Əliyev Portuqaliyanın yeni prezidentini təbrik edib

18:26 - 18 / 02 / 2016
İlham Əliyev Portuqaliyanın yeni prezidentini təbrik edib

Prezident İlham Əliyev Portuqaliya Respublikasının yeni seçilmiş prezidenti Marselo Rebelo de Susaya təbrik məktubu göndərib.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi xəbərə görə, məktubda deyilir:

“Hörmətli cənab Rebelo de Susa,

Portuqaliya Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi təbrik edirəm.

Ümidvaram ki, Azərbaycan ilə Portuqaliya arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı və genişlənməsi yolunda birgə səylər göstərəcəyik.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Portuqaliya xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar diləyirəm”.

1news.az

Paylaş:
935

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər