ADU-da “Azərbaycanda multikulturalizm” mövzusunda seminar keçirilib
Fevralın 18-də Azərbaycan Dillər Universitetində (ADU) “Azərbaycanda multikulturalizm” mövzusunda seminar keçirilib.
Univetsitetdən 1news.az-a bildiriblər ki, seminarda ADU-nun regionşünaslıq və beynəlxalq münasibətlər fakültəsinin dekanı Anar Nağıyev “Multikulturalizm hadisəsi özündə nəyi ehtiva etməlidir?” mövzusunda təqdimatla çıxış edib.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru, professor Azad Məmmədov multikulturalizmin yaranması tarixindən danışıb. Ölkəmizin çoxəsrlik multikulturalizm, tolerantlıq və dözümlülük ənənələri olduğunu deyən A.Məmmədov bu ənənənin Azərbaycanın dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrildiyini, bu məsələyə xüsusi diqqət ayrıldığını vurğulayıb.
Sonra çıxış edənlər Azərbaycanda multikulturalizmin yaranması, formalaşması haqqında fikirlərini bölüşüblər, fikir mübadiləsi aparılıb, tələbələri sualları cavablandırılıb.
1news.az