ADIF: "Texnikabank"ın əmanətçilərinə 6,6 milyon manatdan artıq kompensasiya ödənilib | 1news.az | Xəbərlər
İqtisadiyyat

ADIF: "Texnikabank"ın əmanətçilərinə 6,6 milyon manatdan artıq kompensasiya ödənilib

11:18 - 18 / 02 / 2016
ADIF: "Texnikabank"ın əmanətçilərinə 6,6 milyon manatdan artıq kompensasiya ödənilib

Agent banklar vasitəsilə "Texnikabank" ASC-nin sənədləri qaydasında olan əmanətçilərinə 6,6 milyon manatdan artıq kompensasiya ödənilib.

1news.az-a Fonddan bildiriblər ki, "Texnikabank"ın qorunan əmanətçilərinə kompensasiyaların ödənilməsi üçün agent bank olaraq "Muğanbank", "Rabitəbank", "Unibank" və "Kapitalbank" seçilib.

Nəzərinizə çatdırmaq istərdik ki, Fond əmanətçilərin ərizələrini sığorta hadisəsi baş verdiyi gündən başlayaraq bir il ərzində qəbul edir. Sığorta hadisəsinə görə Fond tərəfindən hər bir qorunan əmanətçiyə 100 faiz həcmində, lakin 30 min manatdan çox olmamaq şərti ilə kompensasiya ödənilir.

Fondun rəsmi internet saytı www.adif.az

Qaynar xətt: 941

1news.az

Paylaş:
911

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər