SOCAR “Günəşli”də itkin düşən və həlak olan neftçilərin ailə üzvlərini işlə təmin edəcək | 1news.az | Xəbərlər
Cəmiyyət

SOCAR “Günəşli”də itkin düşən və həlak olan neftçilərin ailə üzvlərini işlə təmin edəcək

12:29 - 18 / 02 / 2016
SOCAR “Günəşli”də itkin düşən və həlak olan neftçilərin ailə üzvlərini işlə təmin edəcək

“Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəza nəticəsində itkin düşmüş, vəfat etmiş şəxslərin ailə üzvlərindən biri SOCAR-da işlə təmin olunacaq.

1news.az APA-ya istinadən xəbər verir ki, bu barədə SOCAR-ın İnsan resursları departamentinin rəisi Asif Bəkirli deyib.

“Bu, ya həmin şəxslərin həyat yoldaşı, ya da övladı olacaq. İşə qəbul bütün müvafiq prosedurlara uyğun həyata keçiriləcək”, - deyə A. Bəkirli bildirib.

1news.az

Paylaş:
751

Son xəbərlər

Bütün xəbərlər