Azərbaycan Prezidenti İlham Əliyev Fransa parlamentinin nümayəndə heyətini qəbul edib | 1news.az | Xəbərlər
Rəsmi

Azərbaycan Prezidenti İlham Əliyev Fransa parlamentinin nümayəndə heyətini qəbul edib

15:42 - 19 / 02 / 2016
Azərbaycan Prezidenti İlham Əliyev Fransa parlamentinin nümayəndə heyətini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 19-da Fransa Senatının Yuxarı Reyn Departamentindən olan senatoru, Fransa-Qafqaz dostluq qrupunun üzvü, sabiq nazir Jan-Mari Bokelin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

1news.az-ın dövlət başçısının saytına istinadla verdiyi xəbərə görə, Prezident  Fransa parlamenti üzvlərinin ölkəmizə səfərlərinin ənənəvi xarakter daşıdığını vurğulayaraq nümayəndə heyətinin hər dəfə yeni tərkibdə Azərbaycana səfər etmələrini müsbət hal kimi dəyərləndirdi və səfərin Azərbaycanla yaxından tanış olmaq üçün yaxşı fürsət yaradacağını bildirdi.

Fransa parlamenti üzvlərinin Azərbaycana mütəmadi səfərlərinin əhəmiyyətinə toxunan Prezident İlham Əliyev bu cür səfərlərin ölkələrimiz arasında dostluğun daha da gücləndirilməsi baxımından rolunu qeyd etdi. Dövlətimizin başçısı ölkələrimiz arasında ikitərəfli münasibətlərin möhkəmləndirilməsində siyasi və iqtisadi əlaqələrlə yanaşı, parlamentlərarası əməkdaşlığın da mühüm əhəmiyyət daşıdığını dedi.

Jan-Mari Bokel Fransa parlamenti üzvlərinin ölkəmizə ənənəvi səfərlərinin əhəmiyyətini qeyd etdi. O, nümayəndə heyəti üzvlərinin Azərbaycanın dostları olduğunu bildirdi. Xocalı soyqırımının ildönümü ərəfəsində ölkəmizə səfər etdiklərini vurğulayan fransalı qonaq xalqımızın üzləşdiyi bu ağır fəlakətlə bağlı kədərini ifadə etdi.

Görüşdə dövlət başçıları arasında xüsusi münasibətlərin olduğu qeyd edildi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin hazırkı vəziyyəti və həlli yollarından danışıldı, münaqişənin sülh və danışıqlar yolu ilə beynəlxalq hüquq çərçivəsində nizama salınmasının vacibliyi vurğulandı, Azərbaycanın Avropa strukturları ilə əməkdaşlığı məsələləri ətrafında fikir mübadiləsi aparıldı.

President.az

Paylaş:
973

Son xəbərlər

Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilib22 / 11 / 2024, 18:02Bloomberg: SOCAR Türkiyədəki qazpaylayıcı şəbəkəsini satmaq üçün danışıqlar aparır22 / 11 / 2024, 17:40Trendyol COP29-da - Şirkət 2023-cü il üzrə Dayanıqlılıq Hesabatını təqdim etdi - FOTO22 / 11 / 2024, 17:37COP29 Sədrliyi bəyanat yayıb - Maliyyənin artırılması ilə bağlı çağırış22 / 11 / 2024, 17:27İsrailli nazir Albert Aqarunovun məzarını ziyarət edib22 / 11 / 2024, 17:15İlk gündəki kimi izdiham, önəmli görüşlər – COP29-un son günündən FOTOREPORTAJ22 / 11 / 2024, 17:13Dövlət başçısı: Əminəm ki, ICAPP 12-ci Baş Assambleyasında müzakirələr səmərəli əməkdaşlığa yol açacaq22 / 11 / 2024, 17:07Prezident: Azərbaycan Cənubi Qafqazda dayanıqlı sülh üçün əlverişli şərait yaradıb22 / 11 / 2024, 16:52İlham Əliyev ICAPP 12-ci Baş Assambleyasının iştirakçılarına müraciət ünvanlayıb22 / 11 / 2024, 16:39Azərbaycan və Almaniya XİN başçıları görüşüb22 / 11 / 2024, 16:24Fərid Əhmədova III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilib22 / 11 / 2024, 16:19Azərbaycanın təşəbbüsü ilə ilk dəfə Qlobal Cənub QHT Platforması yaradılır22 / 11 / 2024, 15:56Azad olunmuş ərazilərə getmək istəyənlərin NƏZƏRİNƏ: Dekabr üçün biletlər satışa çıxarılacaq22 / 11 / 2024, 15:50Azərbaycanın turizm imkanları Özbəkistanda sərgilənir22 / 11 / 2024, 15:40Sevgilisini bıçaqlayıb maşınla üzərindən keçdi22 / 11 / 2024, 15:37Rusiya-Ukrayna müharibəsində həlak olan azərbaycanlının nəşi 2 ay sonra tapıldı22 / 11 / 2024, 15:11Goranboyda qadın bıçaqlanıb22 / 11 / 2024, 14:55Fuad Axundov COP29-da İrəvan xanlığının tarixindən danışdı - FOTO22 / 11 / 2024, 14:19Qubada iki avtomobil toqquşub22 / 11 / 2024, 14:18İmişlidə ölümlə nəticələnən yol qəzası olub22 / 11 / 2024, 14:02
Bütün xəbərlər