Bir neçə alkoqollu içkinin dövlət standartı təsdiq edilib | 1news.az | Xəbərlər
İqtisadiyyat

Bir neçə alkoqollu içkinin dövlət standartı təsdiq edilib

16:50 - 19 / 02 / 2016
Bir neçə alkoqollu içkinin dövlət standartı təsdiq edilib

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Kollegiyasının qərarı ilə AZS 851–2016 “Brendi” və AZS  852-2016 “Tünd  alkoqollu  içkilər” dövlət standartları təsdiq edilib.

Komitədən 1news.az-a verilən məlumata görə, AZS 851–2016 “Brendi” standartı brendilərə aiddir. Standarta görə brendi şəffaf, çöküntüsüz, kənar hissəciklərsiz, açıq qızılıdan qızılı çalarlı tünd-kəhrəbaya qədər və konkret brendiyə xas olan, kənar dadsız  və iysiz olmalıdır. Brendidə etil spirtinin həcm payı yol verilən kənaraçıxmalar nəzərə alınmaqla 40%-dən az olmamalıdır və invert şəkər hesabı ilə şəkərlərin kütlə qatılığı, yol verilən kənaraçıxmalar nəzərə alınmaqla, ən coxu 20 q/dm3 olmalıdır.

Habelə, brendi doldurulmuş butulkaların ağzı məhsulun keyfiyyətini, təhlükəsizliyini, eləcə də bağlanmanın hermetikliyini təmin edən qapaqlarla bağlanmalıdır. Markalanma zamanı brendinin yaşının “ulduzlar”la göstərilməsinə icazə verilir. Brendi 5oC-dən yuxarı temperaturda və havanın nisbi nəmliyi 85%-dən yuxarı olmayan şəraitdə, birbaşa günəş şüaları düsməyən yerdə saxlanılmalıdır.

Məlumat üçün bildirək ki, brendi - üzüm sortlarından brendi istehsalı üçün alınan, şərab materialının fraksiyalı distillasiyası (qovulması) yolu ilə hazırlanan brendi distillatlarının ən azı 3 il palıd taxtalar ilə təmasda saxlanılması ilə alınan və etil spirtinin həcm payı ən azı 40% olan şərabçılıq məhsuludur.

AZS  852-2016 “Tünd  alkoqollu  içkilər” standartı rektifikasiya olunmuş etil spirti və su qarışığına xüsusi dad  və ətir verilməsi üçün nəzərdə tutulmuş ərzaq təyinatlı xammalların və məhsulların, habelə inqrediyentlərin əlavə olunması yolu ilə alınmış tünd alkoqollu içkilərə şamil edilir.

Standarta əsasən xarici görünüşünə görə tünd alkoqollu içkilər şəffaf (reseptura ilə nəzərdə tutulmuş qeyri-şəffaf  içkilər istisna olmaqla) və çöküntüsüz olmalıdır. Butulkalara və digər istehlak qablarına doldurulmuş tünd alkoqollu içkilərdə istifadəsi reseptura ilə nəzərdə tutulmuş bitki, meyvə, giləmeyvə  hissəcikləri və digər əlavələr ola bilər. Orqanoleptik xüsusiyyətlərinə görə tünd alkoqollu içkilərdə istifadə olunan xammalların və əlavələrin səciyyəvi xüsusiyyətləri (rəngi, dadı və ətri) aydın hiss olunmalıdır.

Həmçinin tərkibində dubil və rəngləyici maddələri olan inqrediyentlərsiz tünd alkoqollu içkilərin zəmanətli saxlanma müddəti 12 aydır. Tərkibində brendi, protein, ətirlənmiş gavalı şirəsi, suxari, qara istiot, qırmızı istiot, dubil və rəngləyici maddələrin miqdarı çox olan inqrediyentli tünd alkoqollu içkilərin zəmanətli saxlanma müddəti isə 4 aydır.

1news.az

Paylaş:
915

Son xəbərlər

COP29 çərçivəsində İqtisadiyyat Nazirliyi tərəfindən təşkil edilmiş tədbirlər26 / 11 / 2024, 18:52Azərbaycan və Türkiyə dəniz xüsusi təyinatlıları şərti düşmən arxasına helikopterdən enmə tapşırıqları yerinə yetiriblər26 / 11 / 2024, 17:51Bakı ilə Seul arasında birbaşa uçuşlar həyata keçiriləcək26 / 11 / 2024, 17:44Milli Məclisin 29 noyabra olan gündəliyi açıqlanıb - SİYAHI26 / 11 / 2024, 17:41Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVA26 / 11 / 2024, 17:23Özbəkistan Baş Prokurorluğu Komil Allamjonova sui-qəsd cəhdi ilə bağlı cinayət işinin yeni təfərrüatlarını açıqlayıb26 / 11 / 2024, 17:12Nəsimi rayonunda qanunsuz tikilinin qarşısı alındı26 / 11 / 2024, 17:08Sabah bələdiyyə seçkilərinin tarixi elan ediləcək26 / 11 / 2024, 16:52Sevinc Fətəliyeva: “Azərbaycan COP29-la beynəlxalq ictimaiyyətin inam və etimadını növbəti dəfə doğrultdu”26 / 11 / 2024, 16:41“Araz-2024” birgə taktiki təliminə hazırlıq prosesi başa çatıb - FOTO26 / 11 / 2024, 16:34Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib26 / 11 / 2024, 15:59Metroda qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək - “Həzi Aslanov” təmirə dayanır26 / 11 / 2024, 15:52Azərbaycanda daha 549 mənzil kirayə üsulu ilə satışa çıxarılacaq26 / 11 / 2024, 15:36Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaq26 / 11 / 2024, 15:25Hikmət Hacıyev: “Politico” nəşri dezinformasiya yaymaqda davam edir26 / 11 / 2024, 15:18Xarici jurnalistlər Qala qoruğunda olublar26 / 11 / 2024, 14:32AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib - SƏRƏNCAM26 / 11 / 2024, 14:10Bakının rayonlarında qışa hazlıqla bağlı müşavirələr keçirilir26 / 11 / 2024, 14:01Elçin Məsiyev UEFA Konfrans Liqası matçının baş hakimi təyin olunub26 / 11 / 2024, 13:47Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış genişləndirildi - FOTO - VİDEO26 / 11 / 2024, 13:18
Bütün xəbərlər