Serj Sarkisyanın manevrləri – məcburi koalisiya
Ermənistan 2015-ci ilin dekabrında keçirilən refendum nəticəsində parlament-prezident respublikasına çevrildi və 2017-ci ildə keçiriləcək növbəti seçkilərə qədər hakimiyyət bu cür idarəetmə formasında qalacaq.
2017-ci ildə növbəti parlament seçkilərindən sonra da bu formaya keçəcək. Referendumdan sonra məlum oldu ki, Ermənistanın Respublikaçılar Partiyasının (ERP) lideri, hazırkı prezident Serj Sarkisyan 2017-ci ildən sonra hakimiyyətdə qalacaq və baş nazir vəzifəsində ölkəni idarə edəcək.
Referendum məsələsi Erməni KİV-ində ölkənin əsas müttəfiqi Rusiya Federasiyasının razılığını əldə etmək kontekstində aktiv müzakirə olunub.
RF adətən keçmiş ittifaq ölkələrində parlament idarəetmə formasını dəstəkləmir. Belə ki, prezident idarəetmə formasında qərarlar bir şəxs tərəfindən qəbul olunur. Parlament formasında isə parçalanma, yaxud hakim partiya üzvləri arasında ziddiyyət olduğu zaman vəziyyətin dəyişməsi ehtimalı yüksəkdir . Lakin buna baxmayaraq referendum keçirildi və Serj Sarkisyan uzun zaman gözlədiyi nəticəni əldə etdi.
Serj Sarkisyan 2015-ci ilin sonunda ölkədə tanınmasına görə ikinci yer tutan partiya - “ İnkişaf edən Ermənistan”ı darmadağın edərək onun lideri, oliqarx Qaqik Tsarukyanı siyasətdən getməyə “inandırdı”. Beləliklə o, alternativsiz rusiyayönümlü siyasi gücə çevrildi.
Qeyd edək ki, Qaqik Tsarukyan rusiya hakimiyyəti ilə yaxın əlaqələrə cmalik idi. Hakim Vahid Rusiya Partiyasının toplantılarına Ermənistan Respublikaçılar Partiyası (ERP) ilə birlikdə dəvət olunur, Ermənistanın ikinci prezidenti Robert Köçəryanla əlaqə saxlayırdı.Onun istefasından sonra yalnız bir siyasi təşkilatı qaldı ki, aktiv siyasıtı qayıdacağı təqdirdə Roberti dəstəkləmək imkanına sahib olsun. Bu “Daşnaqsütün” partiyasıdır.
Bununla yanaşı ötən ilin sonunda Rusiyada erməni diasporunun lideri Ara Abramyan bəyan edib ki, növbəti parlament seçkilərinə qatılmaq niyyətindədir. Onun tərəfdarları bildirib ki, seçkilərdə iştirak yeni partiya vasitəsilə, yaxyd “Orenats Erkin” Partiyası ilə müttəfiqlik nəticəsində mümkün ola bilər. Qeyd edək ki, bu partiyanın sədrikeçmiş parlament spikeri və ErmənistanTəhlükəsizlik Şurasının keçmiş katibi Artur Baqdasaryandır.
Ermənistanda həmin anda yeni rusiyayönlü partiyanın yarandığından danışmağa başladılar. 2017-ci il seçkilərindən sonra hökumətin təşkili üçün ERP onunla ittifaqa daxil olmalıdır. Xatırladaq ki, Artur Baqdasaryan 2015-ci ilin mart ayında Rosneft-İteranın və MTC Bankın direktorlar şurasına üzv seçilib.
Beləliklə, S.Sarkisyana referendum keçirib hakimiyyətdə qalmağa izn versələr də, seçkiqabağı mərhələdə ERP üzvlərinin fikir dəyişməsindən özlərini sığortaladılar. Belə formanın əsası var. Belə ki S.Sarkisyan partiyanın yaradılması prosesində iştirak etməyib və yalnız 2008-ci il prezident seçkiləri ərəfəsində onun üzvü olub və rəhbəri seçilib.
2016-cı ilin əvvəlindən başlayaraq Serj Sarkisyan ikinci Rusiya meyilli partiyanın tənzimlənməsi üçün bir sıra addımlar atır. Beləliklə, Prezident Admnistrasiyasına yaxın informasiya resursları Ara Abramyanın seçkilərdə iştirak edə bilməməsi ilə bağlı xəbərlər yayılmışdı. Belə ki, o, son on il ərzində Ermənistanda yaşamayıb. Digər tərəfdən də S.Sarkisyan “Daşnaksütyun” partiyası ilə koalisiyanın yaradılması ilə bağlı danışıqlar aparır. Baxmayaraq ki, bunun üçün obyektiv səbəblər yoxdur, belə ki, hakim partiya ERP Ermənistan parlamentində konstitutsional çoxluq təşkil edir.
Daşnaklara üç regioanda bir neçə nazirlik portfeli və qubernator postları təqdim edilib. Onlarla koalisiya razılaşması bağlayaraq Serj Sarkisyan bir neçə məqsəd güdür:
- Robert Köçəryandan institutsional təşkilatı almaq, belə ki onun vasitəsilə o, yenidən siyasətə qayıda bilər;
- daşnaklar harizmatik liderə sahib deyillər (rəhbərlik partiyanın idarə edilməsilə həyata keçirirlir) və parlamentdə təmsil olunan digər partiyalardan zəifdir.
Baxmayaraq ki, “Daşnaksütyun” ermənilərin qədim partiyasıdır, lakin 25 il ərzində əksəriyyət rayonlarda cəmisi bir dəfə qalib gəlib, proporsional siyahılarda isə keçid faizlərini güclə toplaya bilib. Daşnakların Ermənistan parlamentində bütün çağırışlarda iştirakı simvolik olub. Belə ki, bu, ümumerməni partiyasıdır və Yaxın Şərq, Şərqi Avropa və ABŞ-da şaxələndirilmiş şəbəkəyə malikdir. Eyni zamanda diaspora ilə Qarabağ qəbiləsində aparıcı həlqəni təşkil edir.
- daşnaklarla koalisiya ERP-nın hakim partiya olma rolunu azaldacaq, eyni zamanda Serj Sarkisyan baş nazir Ovik Abramyan və spiker Qalust Saakyan kimi liderlərdən az asılı olacaq;
- baxmayaraq ki, daşnaklar Rusiyada təmsil olunurlar, lakin onların Avropa və ABŞ şöbələri ilə əlaqələri güclü və effektlidir.
Beləliklə, Serj Sarkisyan daşnaklarla koalisiya bağlayaraq onların Türkiyə və Azərbaycanla münasibətlərdə radikallıqla bağlı öhdəliklərinin sərtləşdirilməsini qəbil edəcək. Bu da Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin danışıqlar prosesinə təsirini göstərəcək.
Həmçinin, Ara Abramyan və Artur Baqdasaryan tərəfindən potensial təhlükə olan ikinci Rusiya meyilli partiyanın yaranmasının qarşısını almaq üçün daşnakqlardan istifadə olunacaq. Bu ideyaya açıq surətdə müqavimət göstərmək Ermənistanın əsas müttəfiqi olan Serj Sarkiyanın etmək gücündə deyil. Lakin 2017-ci ildən sonra daşnaklarla koalisiyanın saxlanılması üçün onlarla koalisiyadan imtina edə bilər.
Başlıcası Sarkisyanın Rusiya üçün alternativsiz olmasıdır və 2017-ci ildən sonra Ermənistan hakimiyyətində bütün gücünü qoruyub saxlamasıdır.
Fərhad Məmmədov
Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin rəhbəri