Oğuzda çayxanada yanğın olub | 1news.az | Xəbərlər
Cəmiyyət

Oğuzda çayxanada yanğın olub

09:40 - 19 / 02 / 2016
Oğuzda çayxanada yanğın olub

Oğuz rayonunda yerləşən çayxanaların birində yanğın olub.

1news.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, rayonun Padar kəndində vətəndaşa məxsus ümumi sahəsi 130 kv.m olan birmərtəbəli mansard tipli, taxta konstruksiyalardan ibarət çayxana və içərisindəki əşyalar yanıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 01:41-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

1news.az

Paylaş:
634

Son xəbərlər

Bütün xəbərlər