İpoteka kreditləri üzrə yalnız sığorta ödənişindən sonra aylıq ödənişlər etmək mümkün olacaq | 1news.az | Xəbərlər
İqtisadiyyat

İpoteka kreditləri üzrə yalnız sığorta ödənişindən sonra aylıq ödənişlər etmək mümkün olacaq

10:50 - 19 / 02 / 2016
İpoteka kreditləri üzrə yalnız sığorta ödənişindən sonra aylıq ödənişlər etmək mümkün olacaq

Yalnız sığorta ödənişi aparıldıqdan sonra borcalan İpoteka kreditləri üzrə aylıq ödənişini həyata keçirə biləcək

Azərbaycan İpoteka Fondundan  1news.az-a verilən  xəbərə görə, ipoteka kreditləri üzrə sığorta ödənişlərinin Hökumət Ödəniş Portalı vasitəsi ilə aparılmasına martın 1-dən etibarən start veriləcək.

Azərbaycan İpoteka Fonduna istinadən verdiyi xəbərə görə, bu, Elektron İpoteka Sisteminin (EİS) Hökumət Ödəniş Portalına inteqrasiyası nəticəsində həyata keçirilir.

Sistem hər bir ipoteka ödəyicisinə əmlak və həyat sığorta ödənişlərini birbaşa Hökumət Ödəniş Portalında aparılmasına imkan yaradır. Həmçinin sistem borcalana sığorta ödənişlərini hissə-hissə və ya illik həyata keçirmək seçimini təklif edir. Eyni zamanda, borcalanın sığorta öhdəliklərinin vaxtı keçdiyi təqdirdə sistem ilkin olaraq məhz sığorta ödənişlərinin aparılmasını tələb edəcək. Yalnız sığorta ödənişi aparıldıqdan sonra borcalan aylıq ödənişini həyata keçirə biləcək.

Fondun tətbiq etdiyi EİS borcalanlar tərəfindən əmlak və həyat sığorta ödənişlərinin vaxtında aparılmasına zəmin yaradacaq.

Qeyd edək ki, Fond EİS-ni artıq bir neçə ildir istifadəyə verib. İpoteka bazarı iştirakçıları - müvəkkil kredit təşkilatları, sığorta və qiymətləndirici şirkətlərlə bütün texniki prosedurlar real vaxt rejimində həyata keçirilir.

Eyni zamanda, EİS əhalinin ipoteka kreditləri üzrə müvəkkil kredit təşkilatlarına müraciətlərini tam avtomatlaşdırıb. Bu da öz növbəsində, kreditləşmə prosesinin surətli rəsmiləşdirilməsinə, şəffaflığın artırılmasına, növbəliliyin təmin olunmasına, vaxtın səmərəli istifadəsinə və işin daha da yüksək səviyyədə aparılmasına xidmət edir.

EİS-nin Mərkəzi Bankın vergi, rüsum, icarə haqqı və digər kütləvi ödənişlərinin toplanılması üçün yaradılmış Hökumət Ödəniş Portalına (www.gpp.az) inteqrasiyası nəticəsində ipoteka kreditlərinin aylıq ödənişləri 1 ildən artıqdır ki, real vaxt rejimində (onlayn) aparılır.

1news.az

Paylaş:
833

Son xəbərlər

COP29 çərçivəsində İqtisadiyyat Nazirliyi tərəfindən təşkil edilmiş tədbirlər26 / 11 / 2024, 18:52Azərbaycan və Türkiyə dəniz xüsusi təyinatlıları şərti düşmən arxasına helikopterdən enmə tapşırıqları yerinə yetiriblər26 / 11 / 2024, 17:51Bakı ilə Seul arasında birbaşa uçuşlar həyata keçiriləcək26 / 11 / 2024, 17:44Milli Məclisin 29 noyabra olan gündəliyi açıqlanıb - SİYAHI26 / 11 / 2024, 17:41Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVA26 / 11 / 2024, 17:23Özbəkistan Baş Prokurorluğu Komil Allamjonova sui-qəsd cəhdi ilə bağlı cinayət işinin yeni təfərrüatlarını açıqlayıb26 / 11 / 2024, 17:12Nəsimi rayonunda qanunsuz tikilinin qarşısı alındı26 / 11 / 2024, 17:08Sabah bələdiyyə seçkilərinin tarixi elan ediləcək26 / 11 / 2024, 16:52Sevinc Fətəliyeva: “Azərbaycan COP29-la beynəlxalq ictimaiyyətin inam və etimadını növbəti dəfə doğrultdu”26 / 11 / 2024, 16:41“Araz-2024” birgə taktiki təliminə hazırlıq prosesi başa çatıb - FOTO26 / 11 / 2024, 16:34Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib26 / 11 / 2024, 15:59Metroda qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək - “Həzi Aslanov” təmirə dayanır26 / 11 / 2024, 15:52Azərbaycanda daha 549 mənzil kirayə üsulu ilə satışa çıxarılacaq26 / 11 / 2024, 15:36Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaq26 / 11 / 2024, 15:25Hikmət Hacıyev: “Politico” nəşri dezinformasiya yaymaqda davam edir26 / 11 / 2024, 15:18Xarici jurnalistlər Qala qoruğunda olublar26 / 11 / 2024, 14:32AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib - SƏRƏNCAM26 / 11 / 2024, 14:10Bakının rayonlarında qışa hazlıqla bağlı müşavirələr keçirilir26 / 11 / 2024, 14:01Elçin Məsiyev UEFA Konfrans Liqası matçının baş hakimi təyin olunub26 / 11 / 2024, 13:47Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış genişləndirildi - FOTO - VİDEO26 / 11 / 2024, 13:18
Bütün xəbərlər