Unibank-ın İdarə Heyətində dəyişiklik olub
1news.az bankın saytına istinadən verdiyi məlumata görə, o bu postda Andreas Zaysleri əvəzləyib.
“Unibank” ASC-nin Müşahidə Şurasının sədri Eldar Qəribov, müavini isə Vaqif Qəriblidir. Şuranın 6 üzvü var: Culian Hili, Mixael Noymayr, Ernst Velteke, Elxan Qəribli, Samir Balayev və Emin Quliyev.
Unibank-ın İdarə Heyətinin tərkibində də dəyişiklik olub. Belə ki, Asəf Hüseynov risklərin idarə edilməsi üzrə direktor, İdarə Heyətinin üzvü, baş risk inzibatçısı təyin edilib. Bundan əvvəl həmin vəzifəni Azad Qasımov tutub.
Qeyd edək ki, hazırda bankın İdarət Heyətinin tərkibi sədr Faiq Hüseynov və iki üzv - Asəf Hüseynov və Emin Rəsulzadədən ibarətdir. E.Rəsulzadə həm maliyyə direktoru, həm də baş maliyyə inzibatçısıdır.
1news.az