Tərtərdə ağır qəza: ölənlər və yaralananlar var | 1news.az | Xəbərlər
Cəmiyyət

Tərtərdə ağır qəza: ölənlər və yaralananlar var

16:31 - 22 / 02 / 2016
Tərtərdə ağır qəza: ölənlər və yaralananlar var

Tərtər rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

1news.az-ın Daxili İşlər Nazirliyinə istinadən verdiyi xəbərə görə, hadisə fevralın 20-də saat 15:00 radələrində rayonun Sarıcalı kəndində qeydə alınıb.

Belə ki, Kəlbəcər rayon sakinləri Nofəl Qurbanovun idarə etdiyi “Mercedes” və Tehran Hüseynovun idarə etdiyi “VAZ-21099” markalı avtomobillər toqquşub. Nəticədə T.Hüseynov və N.Qurbanovun sərnişinlərindən, anası Rəfiqə xəstəxanaya aparılarkən yolda ölüb, N.Qurbanov və 2 sərnişini, habelə, T.Hüseynovun 1 sərnişini xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı Tərtər Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

1news.az

Paylaş:
552

Son xəbərlər

Bütün xəbərlər