Araz Aslanlı: “Hərbi münaqişənin yaranmaması üçün Ərdoğan və Putinin siyasi müdrikliyi kifayət edəcək” | 1news.az | Xəbərlər
Köşə

Araz Aslanlı: “Hərbi münaqişənin yaranmaması üçün Ərdoğan və Putinin siyasi müdrikliyi kifayət edəcək”

16:42 - 22 / 02 / 2016
Araz Aslanlı: “Hərbi münaqişənin yaranmaması üçün Ərdoğan və Putinin siyasi müdrikliyi kifayət edəcək”

Türkiyə hökumətinin rəsmi açıqlamasına görə, Ankarada parlament binası, eyni zamanda qərargah və hərbçilər üçün olan yataqxana yaxınlığında 28 nəfərin həlak olması, 61 nəfərin isə yaralanması ilə baş verən partlayış PKK-nın iştirakı ilə terror hadisəsidir.

Baş vermiş faciə ilə əlaqədar olaraq Prezident Rəcəb Tayyib Ərdoğan Azərbaycana, Baş nazir Əhməd Davudoğlu isə Brüsselə səfərlərini təxirə saldılar. Baş nazirin Brüsselə səfəri çərçivəsində o, miqrasiya böhranı və Yaxın Şərqdəki vəziyyətlə bağlı müzakirələr aparacaqdı.

Terror hadisəsini ABŞ və NATO qınadı. Təhlükəsizlik Şurasının nümayəndəsi Ned Prays birmənalı olaraq bəyan etdi ki, Türkiyə NATO üzrə partnyorların dəstəyinə ümid edə bilər.

PKK-nın bir neçə onilliklər boyu müntəzəm olaraq həyata keçirdiyi terror hadisələri mübahisəolunmazdır, lakin bir çox şəhrçilərin fikrincə, Ankarada baş verən partlayış Türkiyənin Suriya müharibəsinə qarışması fonunda baş verib. Belə ki, bu məsələdə onun maraqları bir çox qlobal güclərin mövqeləri ilə uzlaşmır. Rusiya ilə hazırki münasibətlər də vəziyyətin daha da gərginləşməsinə səbəb olur.

Ankarada baş vermiş terror aktı və onun mümkün təsiri ilə bağlı Türkiyə üzrə ekspert, Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Araz Aslanlıya müraciət etdik.  

Terror hadisəsinin arxasında kim dayanır?

Cənab Aslanlının fikrincə, bəzi ekspertlərin ehtimallarına görə, Ankarada baş vermiş terror aktında müəyyən rusiyameyilli qüvvələrin iştirakı, əsasən də hazırki Rusiya-Türkiyə münasibətlərindən irəli gəlir.

“Rusiyaya məxsus SU-24 təyyarəsinin vurulmasından sonra bir çox ekspertlər Rusiya tərəfindən cavab addımının atılmasını inkar etmirdilər. Məlum hadisə ilə bağlı isə rusiyameyilli qüvvələrin iştirakını Suriya kürdlərinin Moskva tərəfindən hərbi-siyasi dəstəklənməsi ehtimalı da alovlandırır.

Nəzəri baxımdan kiçik terror hadisəsini istənilən terrorçu-kamikadze törədə bilər.  Lakin bu cür irimiqyaslı terror hadisəsinin törədilməsi üçün hər hansı bir güclü qüvvələrin köməyi olmadan mümkün deyil. Çox güman ki, bütün bunların arxasında diqqətlə düşünülmüş və bütün bu proseslərə rəhbərlik edən müəyyən qüvvələr dayanıb.

Bir vacib məqamı da diqqətinizə çatdırım. Məsələ burasındadır ki, texniki, maliyyə və hərbi dəstəkdən savayı, kürdlərdə bu cür riskli əməliyyatların keçirilməsi üçün siyasi iradə də çatışmırdı. Hesab edirəm ki, bu məsələdə onlar güclü dəstəklə təmin ediliblər. Nəzəri cəhətdən kürdlər Türkiyə ilə problemi olan bir deyil, bir neçə gücdən dəstək ala bilərlər”, - bildirən ekspert, qeyd etdi ki, bunlar yalnız mülahizədir.

“Yeri gəlmişkən, Rusiya-Türkiyə müxalifətinin gücləndirilməsi istər Şərqdə, istərsə də Qərbdəki müəyyən güclərin xeyrinədir”, - Aslanlı sözlərinə əlavə etdi.

Lakin, Aslanlının fikrincə, hazırki gərginliyin atrması Rusiya-Türkiyə müharibəsinə səbəb olmayacaq, belə ki, bunu hər iki tərəf istəmir. 

“Hesab edirəm, hərbi münaqişənin yaranmaması üçün Ərdoğan və Putinin siyasi müdrikliyi kifayət edəcək. Münasibətlər böhranın ən dərin mərhələsindədir. Və görünür bu cür gərginlik hələ uzun müddət davam edəcək”, - politoloq bildirib.

Türkiyə ticarəti inkişaf edir

Politoloqun qiymətləndirməsinə görə, Türkiyə iqtisadiyyatı dünya maliyyə böhranına, eləcə də ölkənin zəngin olmayan enerji ehtiyatlarına baxmayaraq Rusiya və Avropa ilə müqayisədə yaxşı vəziyyətdədir.  

“Türkiyə iqtisadiyyatı müntəzəm olaraq inkişaf edir. Baxmayaraq ki, Türkiyənin Rusiya, İran, Səudiyyə Ərəbistanı kimi güclü neft, qaz ehtiyatları yoxdur. Lakin Türkiyənin gündəlik həyatına iqtisadi böhran çoz zəif təsir edir. Dünyada iqtisadi böhran başlayan gündən indiyədək Türkiyənin turizm xidmət sahəsində cüzi də olsa azalma müşahidə olunmayıb. Rusiya, Avropa, İran, ABŞ-dan turistlərin gəlişi davam edir və əminlklə demək olar ki, biznesin bu sahəsi məqsədli olaraq inkişaf edir. Münasibətlərdə olan böhrandan dolayı Rusiyadan Türkiyəyə turist axını azalıb. Lakin bu, Rusiya tərəfindən antitürkiyə ilə bağlı güclü təbliğatla yanaşı, eyni zamanda Rusiyada iqtisadi vəziyyətin pisləşməsi və ölkə vətəndaşlarının rifahı ilə əlaqədardır.

Turizm xidmətləri və servisin yüksək səviyyədə təqdiminə görə Türkiyə  bu sahədə liderliyi saxlayır. Avropa vətəndaşlarının həmin sahəyə investisiya qoyuşunun artması Türkiyə iqtisadiyyatına müsbət təsir edir.

Türkiyə iqtisadiyyatının zəifləməsi və biznesmenlərin az qala buradan qaçıb getdiyi haqqında fikir  heç nəyə dəymir.

Türkiyə bütün istiqamətlərdə- iqtisadiyyat, təhsil, mədəniyyət, ticarət, tibb və s. sahələrdə inkişaf edir”,- politoloq deyib.

RTE - güclü lider

Ekspertin dəyərləndirməsinə görə, Türkiyə iqtisadiyyatda ÜDM səviyyəsi bütün makroiqtisadi göstəricilərə görə R.T.Ərdoğan hakimiyyətə gəldikdən sonra yüksəlib.

“Ərdoğanın ölkənin iqtisadiyyatına şəxsi qatqısı, o cümlədən Türkiyənin geosiyasi məkanda rolunun yüksəlməsində təsiri olduqça yüksəkdir. Ərdoğan ölkədaxili siyasi stabilliyi təmin etməklə yanaşı, həm də beynəlxalq siyasi arenada onun nüfuzunu qaldırdı. Türk liderin güclü fiquru  Türkiyəni əsas hərbi-siyasi rəqib kimi görən ölkələri qane etmir.

Ona görə də, indi Türkiyənin siyasi xarakterli müəyyən çətinliklər yaşadığına , Türkiyə daxili və xaricində kürd faktorunun gücləndiyi, Yaxın Şərqdə müharibəyə cəlb olunduğu, Rusiya ilə münasibətlərdə böhran olduğu dövrdə Ərdoğana bütün türk xalqının dəstəyi və birliyi vacibdir. Və o, həmin dəstəyi alır.

Burada onu da qeyd etmək lazımdır ki, Ərdoğan bütün türk xalqının iradəsi və istəyi ilə seçilən ölkə prezidentidir. Bu isə onun öz ölkəsində yüksək nüfuzundan xəbər verir. İşimlə əlaqədar tez-tez Türkiyədə oluram, bu yaxınlarda da həmin ölkədə idi. Deməliyəm ki, orada vəziyyət olduqca stabildir. Həyatın sosial-iqtisadi səviyyəsi yüksəkdir. Ölkə tam mənalı həyat yaşayır və inkişaf edir.Küçələrdə atışma, əhali araslnda fobiya yoxdur. İnsanlar öz həyatını yaşayır, işləyir, təhsil alırlar. Bir sözlə xarici KİV-in Türkiyə ilə bağlı həyəcanları tamamilə əsassızdır”,- Aslanov qeyd edib.

Türkiyə Aİ üçün nə ilə cəlbedicidir ?

Ekspertlərin rəyinə görə Türkiyə Aİ üçün bir çox faktorlara görə maraqlıdır.

Birinci, öz coğrafi mövqeyinə görə Türkiyə Xəzər və Yaxın Şərqə çıxışa malikdir.

İkinci, Rusiya və İranla- dünya enerji bazarının aparıcı oyunçuları ilə  regional qonşuluğa görə də maraq kəsb edir.Lakin ekspert qeyd edir ki, bu iki region NATO və Avropa üçün yalnız enerji resursları təminatına görə deyil, həm də təhlükəsizlik məsələlərinə görə cəlbedicidir.

Aslanlının fikrincə, Türkiyənin Aİ-yə üzv olmaq şansı çox azdır. Bunun səbəbi Fransa və Almaniya arasındakı fikir ayrılığıdır ki, onlardan hər biri ayrı-ayrı illərdə Türkiyənin bu Avropa təşkilatına qoşulmasına qarşı çıxıb.

Onun sözlərinə görə, bu iki dövlətin reaksiyası bir növ suriya qaçqınları və köçkünlərin yerləşdirilməsi ilə bağlı düşünülmüş siyasi oyundur.Bununla yanaşı Aslanlının sözlərinə görə, Türkiyəni Avropa İttifaqına qəbul etməklə bağlı vədlər hətta alman kansler səviyyəsidə deyilsə də, deklarativ xarakter daşıyır.

Bakının balanslaşdırılmış yanaşması

Sirr deyil ki, Türkiyə və Rusiya Federasiyası arasındakı qarşıdurma münaqişə tərəflərindən əlavə onların yaxın müttəfiqləri üçün də müəyyən narahatlıq yaradır.

Politoloq hesab edir ki, Türkiyə yeganə dövlətdir ki, Azərbaycanla strateji əməkdaşlığa dair mühüm sənəd imzalayıb. Bu isə həmin məsələdə bizə ciddi üstünlüklər verir.

Lakin Bakı hər zaman balanslaşdırılmış xarici siyasət  yürüdüb. Yaxın müttəfiq və strateji tərəfdaşlara qarşı olan  bu münasibət ölkə rəhbərliyi tərəfindən səriştə ilə davam etdiriləcək”,- deyə, A.Aslanlı fikrini yekunlaşdırıb.

1news.az

Paylaş:
5289

Sizin üçün xəbərlər

Son xəbərlər

Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEOBu gün, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıbBu gün, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilibBu gün, 16:47Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıbBu gün, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli olduBu gün, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edibBu gün, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıbBu gün, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAMBu gün, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilibBu gün, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıbBu gün, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQBu gün, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEOBu gün, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEOBu gün, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıbBu gün, 14:16Bakıda 27 ünvanda təmir işləri aparılıbBu gün, 13:56Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilibBu gün, 13:47Əlaçı tələbələrin kredit borcunun 433 min manatı bağışlanıbBu gün, 13:42Bəzi vergi ödəyicilərinə elektron kabinetə kod-parolla daxil olmaq imkanı yaradılırBu gün, 13:38Nazir DOST mərkəzlərində xidmət göstərilmiş vətəndaşların sayını açıqladıBu gün, 13:22Gələn il yaşayış minimumu və ehtiyac meyarının həddi qaldırılırBu gün, 13:06
Bütün xəbərlər