Dənizdən iki kişi meyiti tapılıb
Azərbaycanda dənizdən iki kişi meyiti tapılıb.
1news.az-ın Daxili İşlər Nazirliyinə istinadən verdiyi xəbərə görə, fevralın 21-də Suraxanı rayonunun Hövsan qəsəbəsində, dəniz sahilində qəsəbə sakini Salman Qafarovun üzərində zorakılıq əlamətləri görünməyən suda boğulmuş meyiti tapılıb.
Həmin gün Neftçala rayonunun Qoltuq kəndində də, dənizdə üzərində zorakılıq əlamətləri görünməyən 50-55 yaşlı kişi meyiti tapılıb.
Meyit Pataloji Anatomiya Birliyinin Salyan rayon şöbəsinə yerləşdirilib.
Hər iki faktla bağlı araşdırmalar aparılır.
1news.az
557