Bakıda avtobus sürücüsü piyadanı vuraraq öldürüb | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda avtobus sürücüsü piyadanı vuraraq öldürüb

21:01 - 22 / 02 / 2016
Bakıda avtobus sürücüsü piyadanı vuraraq öldürüb

Bakıda avtobus sürücüsü yolu keçən piyadanı vuraraq öldürüb.

1news.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, hadisə dünən saat 19:00 radələrində Sabunçu rayonunun Bakıxanov qəsəbəsində qeydə alınıb.

Belə ki, Bakı şəhər sakini Niyazi Quliyev idarə etdiyi “Daewoo” markalı 60 saylı xətt avtobusla yolu keçən Abşeron rayon sakini İlkin Məmmədovu vurub. İ.Məmmədov hadisə yerində ölüb.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

1news.az

 

Paylaş:
773

Son xəbərlər

Bütün xəbərlər