Bakıda uşaq bağçasında yanğın baş verib | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda uşaq bağçasında yanğın baş verib

09:29 - 22 / 02 / 2016
Bakıda uşaq bağçasında yanğın baş verib

Binəqədi rayonunda məcburi köçkünlərin məskunlaşdığı uşaq bağçası yanıb

1news.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Binəqədi rayonunda İcra Hakimiyyətinə məxsus ümumi sahəsi 500 kv.m olan 178 saylı uşaq bağçasının (məcburi köçkünlər məskunlaşıb) birinci korpusunun 1-ci mərtəbəsində giriş qapısı 3 kv.m sahədə, mərtəbələrarası pilləkən qəfəsinə yığılmlış əşyalar 3 kv.m sahədə və 6 ədəd elektrik açarı yanıb.

Yanğın zamanı 6 nəfər yanğınsöndürənlər tərəfindən təxliyyə olunub. Bağçanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 06:46-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

1news.az

 

Paylaş:
734

Son xəbərlər

Bütün xəbərlər