Heydər Əliyev adına NEZ-in modernizasiya edilməsi layihəsi üzrə növbəti müqavilə imzalanıb | 1news.az | Xəbərlər
İqtisadiyyat

Heydər Əliyev adına NEZ-in modernizasiya edilməsi layihəsi üzrə növbəti müqavilə imzalanıb

22:51 - 22 / 02 / 2016
Heydər Əliyev adına NEZ-in modernizasiya edilməsi layihəsi üzrə növbəti müqavilə imzalanıb

SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodunda yenidənqurma və modernizasiya layihəsinin reallaşdırılması istiqamətində həyata keçirilən tədbirlər davam etdirilir.

1news.az-ın məlumatına görə, tədbirlər çərçivəsində zavodun və onun kənar sahələrində infrastrukturun layihələndirilməsi üçün müəyyən torpaq tədqiqat işlərinin aparılması məqsədi ilə növbəti müqavilə imzalanıb.

Sənəd, layihəçi “SOCAR-Foster Wheeler” Mühəndis Xidmətləri MMC (SFV) və PMC şirkət olan '”Fluor”' tərəfindən torpaq tədqiqat işlərinin aparılması üçün hazırlanmış tədbirlər toplusu əsasında '”SOCAR Fugro”' MMC ilə zavod arasında imzalanıb.

Bu münasibətlə keçirilmiş mərasimdə müqaviləni H.Əliyev adına NEZ-in direktoru Elman İsmayılov və “'SOCAR Fugro”' MMC-nin baş direktoru Kris Mott imzalayıblar.

Zavodun direktoru Elman İsmayılov, baş mühəndisi Nail Əmirov, '”SOCAR Fugro”' MMC-nin baş direktoru Kris Mott, Neft-Qaz Emalı və Neft-Kimya Kompleksinin (NQENKK) baş direktorunun müavini Rauf Nağıyev imzalanan müqavilənin əhəmiyyətindən danışıblar.

Qeyd olunub ki, müqavilə çərçivəsində zavod daxilində və ətrafında ilkin geotexniki, ətraf mühit, hidroloji - hidrogeoloji və geofiziki qrunt tədqiqatları aparılacaq, yekun olaraq hesabat və digər aidiyyəti sənədlər hazırlanacaq. Əldə olunacaq məlumatlar müvafiq layihəçi şirkətə təqdim ediləcək və layihənin növbəti mərhələlərində istifadə olunacaqdır. Bu işlərə “SOCAR Fugro” MMC ilə birlikdə SOCAR-ın Geologiya və Geofizika İdarəsinin də cəlb edilməsi vurğulanıb. 

Xatırladaq ki, “SOCAR Fugro” MMC SOCAR-ın bir sıra layihələrində, o cümlədən Səngəçal terminalı ilə əlaqədar bütün layihələrdə, NQENKK-nın layihəsində podratçı qismində iştirak edib.

1news.az

 

Paylaş:
1620

Son xəbərlər

COP29 çərçivəsində İqtisadiyyat Nazirliyi tərəfindən təşkil edilmiş tədbirlər26 / 11 / 2024, 18:52Azərbaycan və Türkiyə dəniz xüsusi təyinatlıları şərti düşmən arxasına helikopterdən enmə tapşırıqları yerinə yetiriblər26 / 11 / 2024, 17:51Bakı ilə Seul arasında birbaşa uçuşlar həyata keçiriləcək26 / 11 / 2024, 17:44Milli Məclisin 29 noyabra olan gündəliyi açıqlanıb - SİYAHI26 / 11 / 2024, 17:41Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVA26 / 11 / 2024, 17:23Özbəkistan Baş Prokurorluğu Komil Allamjonova sui-qəsd cəhdi ilə bağlı cinayət işinin yeni təfərrüatlarını açıqlayıb26 / 11 / 2024, 17:12Nəsimi rayonunda qanunsuz tikilinin qarşısı alındı26 / 11 / 2024, 17:08Sabah bələdiyyə seçkilərinin tarixi elan ediləcək26 / 11 / 2024, 16:52Sevinc Fətəliyeva: “Azərbaycan COP29-la beynəlxalq ictimaiyyətin inam və etimadını növbəti dəfə doğrultdu”26 / 11 / 2024, 16:41“Araz-2024” birgə taktiki təliminə hazırlıq prosesi başa çatıb - FOTO26 / 11 / 2024, 16:34Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib26 / 11 / 2024, 15:59Metroda qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək - “Həzi Aslanov” təmirə dayanır26 / 11 / 2024, 15:52Azərbaycanda daha 549 mənzil kirayə üsulu ilə satışa çıxarılacaq26 / 11 / 2024, 15:36Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaq26 / 11 / 2024, 15:25Hikmət Hacıyev: “Politico” nəşri dezinformasiya yaymaqda davam edir26 / 11 / 2024, 15:18Xarici jurnalistlər Qala qoruğunda olublar26 / 11 / 2024, 14:32AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib - SƏRƏNCAM26 / 11 / 2024, 14:10Bakının rayonlarında qışa hazlıqla bağlı müşavirələr keçirilir26 / 11 / 2024, 14:01Elçin Məsiyev UEFA Konfrans Liqası matçının baş hakimi təyin olunub26 / 11 / 2024, 13:47Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış genişləndirildi - FOTO - VİDEO26 / 11 / 2024, 13:18
Bütün xəbərlər