Üzərinə dəmir boru düşən ikinci qadının şəxsiyyəti müəyyənləşdi-FOTO-VİDEO-YENİLƏNİB | 1news.az | Xəbərlər
Cəmiyyət

Üzərinə dəmir boru düşən ikinci qadının şəxsiyyəti müəyyənləşdi-FOTO-VİDEO-YENİLƏNİB

16:33 - 23 / 02 / 2016
Üzərinə dəmir boru düşən ikinci qadının şəxsiyyəti müəyyənləşdi-FOTO-VİDEO-YENİLƏNİB

Bakı şəhəri, Yasamal rayonu, Parlament prospektindəki 20 nömrəli məktəbin tikintisinin aparıldığı məkanda üzərinə dəmir boru düşən 2-ci qadının şəxsiyyəti müəyyən olunub.

1news.az-a AR DİN-in mətbuat xidmətindən verilən məlumata görə, bu paytaxt sakini Roza Əmirovadır.

Həmçinin, müəyyən olunub ki, dəmir boru tikilən məktəb binasının 4-cü mərtəbəsindən düşüb.

Fakt üzrə araşdırma aparılır.

1news.az

22.02.2016 11:38

Bakıda bir nəfərin ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib.

1news.az-ın məlumatına görə, hadisə paytaxtın Yasamal rayonunda, Parlament prospektində qeydə alınıb.

Belə ki, 20 saylı məktəbdə tikinti işi aparılarkən səki ilə gedən iki qadının üzərinə dəmir boru düşüb.

Nəticədə qadınlardan biri – 1941-ci il təvəllüdlü Ruhəngiz Talıbova yernidəcə dünyasını dəyişib, adı açıqlanmayan digər qadın isə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

1news.az

Paylaş:
874

Son xəbərlər

Bütün xəbərlər