Sabirabad rayonunun daha bir kəndinə qaz verilib -FOTO | 1news.az | Xəbərlər
İqtisadiyyat

Sabirabad rayonunun daha bir kəndinə qaz verilib -FOTO

12:47 - 22 / 02 / 2016
Sabirabad rayonunun daha bir kəndinə qaz verilib -FOTO

Fevralın 20-də Sabirabad rayonunun Nizami kəndinə təbii qazın verilişi bərpa edilib.

1news.az-ın Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) istinadən verdiyi xəbərə görə, bu münasibətlə keçirilmiş tədbirdə rayon icra hakimiyyətinin və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Bildirilib ki, 596 abonenti olan kəndin yenidən qazlaşdırılması məqsədi ilə birpilləli sistem əsasında 53 045 metr uzunluğunda müxtəlif diametrli polietilen və metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, abonentlərin mənzillərində sayğac və fərdi tənzimləyicilər quraşdırılıb.

1news.az

 

Paylaş:
771

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər