Azərbaycanın iki qəsəbəsində qaz təchizatında məhdudiyyətlər olacaq | 1news.az | Xəbərlər
İqtisadiyyat

Azərbaycanın iki qəsəbəsində qaz təchizatında məhdudiyyətlər olacaq

01:11 - 23 / 02 / 2016
Azərbaycanın iki qəsəbəsində qaz təchizatında məhdudiyyətlər olacaq

Abşeron magistral qaz kəmərləri sahəsində aparılacaq təmir işləri ilə əlaqədar fevralın 23-də Azərbaycanın iki qəsəbəsində qaz təchizatında məhdudiyyətlər olacaq.

1news.az-ın verdiyi xəbərə görə, bu barədə SOCAR-ın yaydığı məlumatda qeyd olunub.

Məlumata görə, fevralın 23-də saat 09:00-dan 18:00-dək “Qaz İxrac” İdarəsinin Abşeron magistral qaz kəmərləri sahəsinin “Semzavod” və “Səngəçal” qazpaylama stansiyalarında, eləcə də bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.

Təmir işləri aparılan müddətdə Qaradağ rayonunun Sahil və Səngəçal qəsəbələrinin qaz təchizatında məhdudiyyətlər olacaq.

1news.az

 

Paylaş:
812

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər