Neftçala sakinini çay evində döyüb pulunu və telefonlarını alıblar | 1news.az | Xəbərlər
Cəmiyyət

Neftçala sakinini çay evində döyüb pulunu və telefonlarını alıblar

14:49 - 23 / 02 / 2016
Neftçala sakinini çay evində döyüb pulunu və telefonlarını alıblar

Bakıdakı çay evlərinin birində Neftçala sakininə qarşı quldurluq edilib.

1news.az-ın Daxili İşlər Nazirliyinə istinadən verdiyi xəbərə görə, fevralın 22-də Nəsimi rayonu ərazisində yerləşən çay evlərindən birində 2 naməlum şəxs Neftçala rayon sakini Elman Quliyevi döyüb, bıçaqla hədələyərək 60 manatını və 2 ədəd mobil telefonunu alıb.

Nəsimi polisinin həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş Nicat Əliyev tutulub, digər 1 nəfər isə müəyyən edilib.

Fktla bağlı Nəsimi Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

1news.az

 

Paylaş:
623

Son xəbərlər

Bütün xəbərlər