Parlament dövlət büdcəsinə dəyişiklikləri təsdiq edib | 1news.az | Xəbərlər
İqtisadiyyat

Parlament dövlət büdcəsinə dəyişiklikləri təsdiq edib

14:51 - 23 / 02 / 2016
Parlament dövlət büdcəsinə dəyişiklikləri təsdiq edib

Milli Məclis bu gün keçirdiyi plenar iclasda 2016-cı il dövlət büdcəsinə dəyişiklikləri təsdiq edib.

1news.az-ın verdiyi xəbərə görə, 2016-cı il dövlət büdcəsinin gəlirləri 16 822,0 mln. manat həcmində təsdiqlənib. Büdcə gəlirlərinin 7 615,0 mln. manatı və ya 45,3%-i Dövlət Neft Fondundan (ARDNF) transfertin, 7 010 mln. manatı və ya 41,7%-i Vergilər Nazirliyinin xətti ilə daxilolmaların, 1 810,0 mln. manatı və ya 10,7%-i Dövlət Gömrük Komitəsinin xətti ilə daxilolmaların, 387,0 mln. manatı və ya 2,3%-i sair daxilolmaların payına düşür.

ARDNF-dən dövlət büdcəsinə transfertin məbləği manat ifadəsində 1 615,0 mln. manat və ya 26,9% artırılıb, ABŞ dolları ifadəsində isə 1 000,0 mln. dollar azaldılıb.

Büdcə daxilolmalarının tərkibində qeyri-neft sektoru üzrə gəlirlər 7 597,0 mln. manat və ya 45,2% nəzərdə tutulur.

Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə 7 010,0 mln. manat daxilolma nəzərdə tutulur. Proqnozlaşdırılan daxilolmaların 23,0%-i və ya 1 610,0 mln. manatı neft sektoru, 77,0%-i və ya 5 400,0 mln. manatı qeyri-neft sektorunun payına düşür.

Dövlət Gömrük Komitəsinin xətti ilə təmin edilən dəqiqləşdirilmiş daxilolmaların proqnozu 1 810,0 mln. manat təşkil edir, sair gəlirlər üzrə daxilolmalar 75,0 mln. manat proqnozlaşdırılır.

Qeyd edək ki, 2016-cı il üçün dəqiqləşdirilmiş dövlət və icmal büdcələrinin hesablanması zamanı xam neftin satış qiyməti 25 dollar/barel götürülüb.

Cari ilin dövlət büdcəsində məxaric 18 495,0 mln. manat təşkil edəcək.

Sosial tədbirlərin maliyyə təminatı üçün dəqiqləşdirilmiş dövlət büdcəsinin xərclərində əlavə olaraq 1 290,0 mln. manat vəsait nəzərdə tutulub ki, bununla da dövlət büdcəsində sosialyönümlü xərclərin xüsusi çəkisi 1,7 faiz bəndi artaraq 37,8% təşkil edəcək.

Büdcə xərclərinin 65,5%-ni və ya 12 105,6 mln. manatını cari xəcrlər, 24,9%-ni və ya 4 614,3 mln. manatını əsaslı xərclər, 9,6%-ni və ya 1 775,1 mln. manatını dövlət borclarına xidmətlə bağlı xərclər təşkil edəcək. Büdcə kəsirinin yuxarı həddi 1 673,0 mln. manat təşkil edəcək.

Müdafiə xərcləri 2 228,835 mln. manat, dövlət borcuna və öhdəliklərinə xidmət edilməsi ilə bağlı xərclər 1 775,097 mln. manat nəzərdə tutulub.

Nəticədə, icmal büdcənin gəlirləri 15 738,6 mln. manat, xərclər isə 24 566,6 mln. manat həcmində təsdiq edilib.

Yenidən baxılma ilə icmal büdcənin kəsiri 8 828,0 mln. manat, Dövlət Neft Fondunun gəlirləri nəzərə alınmadan icmal büdcənin kəsiri isə 12 309,3 mln. manat təşkil edəcək.

1news.az

Paylaş:
803

Son xəbərlər

COP29 çərçivəsində İqtisadiyyat Nazirliyi tərəfindən təşkil edilmiş tədbirlər26 / 11 / 2024, 18:52Azərbaycan və Türkiyə dəniz xüsusi təyinatlıları şərti düşmən arxasına helikopterdən enmə tapşırıqları yerinə yetiriblər26 / 11 / 2024, 17:51Bakı ilə Seul arasında birbaşa uçuşlar həyata keçiriləcək26 / 11 / 2024, 17:44Milli Məclisin 29 noyabra olan gündəliyi açıqlanıb - SİYAHI26 / 11 / 2024, 17:41Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVA26 / 11 / 2024, 17:23Özbəkistan Baş Prokurorluğu Komil Allamjonova sui-qəsd cəhdi ilə bağlı cinayət işinin yeni təfərrüatlarını açıqlayıb26 / 11 / 2024, 17:12Nəsimi rayonunda qanunsuz tikilinin qarşısı alındı26 / 11 / 2024, 17:08Sabah bələdiyyə seçkilərinin tarixi elan ediləcək26 / 11 / 2024, 16:52Sevinc Fətəliyeva: “Azərbaycan COP29-la beynəlxalq ictimaiyyətin inam və etimadını növbəti dəfə doğrultdu”26 / 11 / 2024, 16:41“Araz-2024” birgə taktiki təliminə hazırlıq prosesi başa çatıb - FOTO26 / 11 / 2024, 16:34Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib26 / 11 / 2024, 15:59Metroda qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək - “Həzi Aslanov” təmirə dayanır26 / 11 / 2024, 15:52Azərbaycanda daha 549 mənzil kirayə üsulu ilə satışa çıxarılacaq26 / 11 / 2024, 15:36Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaq26 / 11 / 2024, 15:25Hikmət Hacıyev: “Politico” nəşri dezinformasiya yaymaqda davam edir26 / 11 / 2024, 15:18Xarici jurnalistlər Qala qoruğunda olublar26 / 11 / 2024, 14:32AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib - SƏRƏNCAM26 / 11 / 2024, 14:10Bakının rayonlarında qışa hazlıqla bağlı müşavirələr keçirilir26 / 11 / 2024, 14:01Elçin Məsiyev UEFA Konfrans Liqası matçının baş hakimi təyin olunub26 / 11 / 2024, 13:47Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış genişləndirildi - FOTO - VİDEO26 / 11 / 2024, 13:18
Bütün xəbərlər