İlham Əliyev: "Azərbaycan həmişə İrana sanksiya tətbiq edilməsinin əleyhinə olub" | 1news.az | Xəbərlər
Rəsmi

İlham Əliyev: "Azərbaycan həmişə İrana sanksiya tətbiq edilməsinin əleyhinə olub"

1news Redaksiyası15:19 - 23 / 02 / 2016
İlham Əliyev: "Azərbaycan həmişə İrana sanksiya tətbiq edilməsinin əleyhinə olub"

"Azərbaycan həmişə İrana tətbiq edilən sanksiyaların əleyhinə olub və beynəlxalq arenalarda öz fikrini bildirib”.

1news.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Tehranda iranlı həmkarı Həsən Ruhani ilə keçirdiyi mətbuat konfransında deyib.

Azərbaycan Prezidenti İrana tətbiq edilən sanksiyaların götürülməsindən çox şad olduğunu deyib, İran xalqını və prezidentini təbrik edib.

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə nümayəndə heyəti İranda səfərdədir. Səfər zamanı iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığa dair sənədlər imzalanıb.

1news.az

Paylaş:
1143

Son xəbərlər

Bütün xəbərlər