“Mahir nişançı” güllə atıcılığı üzrə X Respublika turniri keçiriləcək
Respublika Stend Atıcılığı İdman Kompleksində ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında ənənəvi olaraq “Mahir nişançı” güllə atıcılığı üzrə X Respublika turniri keçiriləcək.
1news.az-ın məlumatına görə, 26 fevral - Xocalı soyqırımının 24-cü ildönümü münasibətilə keçiriləcək tədbir fevralın 24-də saat 10:00-da Gənclər və İdman Nazirliyi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı ilə birgə təşkil olunacaq.
Turnirdə Bakı şəhərində fəaliyyət göstərən 20-dən artıq ali və orta ixtisas təhsili müəssisələrinin 100-dən artıq tələbəsi iştirak edəcək.
Turnirin keçirilməsində əsas məqsəd XX əsrdə erməni işğalçıları və onların havadarları tərəfindən Xocalı şəhərində dinc əhaliyə qarşı törədilmiş soyqırımı qurbanlarının xatirəsini yad etmək, gənclər arasında vətənpərvərlik hisslərini yüksəltmək, onların idmanın atıcılıq növünə marağını daha da artırmaqdır.
1news.az