Sənayenin inkişafına dövlət dəstəyi mövzusunda tədbir keçirilib - FOTO | 1news.az | Xəbərlər
İqtisadiyyat

Sənayenin inkişafına dövlət dəstəyi mövzusunda tədbir keçirilib - FOTO

16:05 - 23 / 02 / 2016
Sənayenin inkişafına dövlət dəstəyi mövzusunda tədbir keçirilib - FOTO

Fevralın 23-də İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə Bakı Biznes Mərkəzində Sənayenin inkişafına dövlət dəstəyi mövzusunda tədbir keçirilib.

İqtisadiyyat Nazirliyinin ictimaiyyətlə əlaqələr öbəsindən 1news.az-a verilən məlumata görə tədbirdə sənayenin maşınqayırma, metallurgiya, kimya, tikinti, qida və mebel sahələrində fəaliyyət göstərən 50-dən çox müəssisənin nümayəndələri iştirak edib.

İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov ölkəmizdə həyata keçirilən sənayeləşmə siyasəti çərçivəsində görülən işlər barədə məlumat verərək, qeyri-neft sektorunun inkişafında sənaye zonaları, parkları və məhəllələrinin əhəmiyyətini vurğulayıb. Niyazi Səfərov sahibkarlığın dəstəklənməsi istiqamətində görülən işləri, aparılan islahatları diqqətə çatdırıb, iqtisadi fəallığın artırılması, qeyri-neft məhsullarının ixracının stimullaşdırılması, yerli və xarici investisiyaların təşviqi məqsədilə qəbul edilən normativ aktlar barədə məlumat verib.

Vurğulanıb ki, bütün bunlar ölkəmizdə qeyri-neft sektorunun, o cümlədən qeyri-neft sənayesinin inkişafına, müasir texnologiyalara və qabaqcıl təcrübəyə əsaslanan yeni müəssisələrin yaradılmasına, Azərbaycanda istehsal edilən sənaye məhsullarının çeşidi və rəqabətqabiliyyətliyinin artırılmasına əlavə stimul yaradır.

Sənayenin modernləşdirilməsi və innovasiyalar əsasında inkişafı, təbii resurslardan səmərəli istifadə, son məhsuladək texnoloji zəncirin qurulması, rəqabətqabiliyyətli sənaye istehsalının artırılması və ixracın genişləndirilməsi Azərbaycan sənayesinin başlıca inkişaf istiqamətləridir. Bu prioritetlərə uyğun olaraq, sənayenin inkişafına dövlət dəstəyi, eləcə də yeni istehsal sahələrinin yaradılması və rəqabətədavamlı məhsul istehsalının genişləndirilməsi üçün tədbirlər davam etdirilir.

Sonra Sahibkarlar (İşəgötürənlər) Təşkilatlari Milli Konfederasiyasının prezidenti Məmməd Musayev çıxış edərək son zamanlar ölkədə sahibkarlığın inkişaf etdirilməsi istiqamətində atılan addımların özəl bölmənin inkişafında əhəmiyyətini vurğulayıb, həyata keçirilən tədbirlərin sahibkarlığın, eləcə də iqtisadiyyatın müxtəlif sahələrinin, o cümlədən sənayenin inkişafına yeni imkanlar yaratdığını qeyd edib.

Tədbirdə həmçinin, Mətanət-A şirkətinin direktoru Elxan Bəşirov, Bakusteel Company MMC-nin vitse-prezidenti Ramin Kərimov, Bakı əlvan metallar və ferroərintilər şirkətinin icraçı direktoru Şamil Rzayev, Türkiyənin Damora şirkətinin rəhbəri Rafət Vergili təqdimatlarla çıxış edərək təmsil etdikləri şirkətlərin fəaliyyəti və inkişaf istiqamətləri barədə məlumat verib.

Tədbir çərçivəsində Bakı əlvan metallar və ferroərintilər şirkəti və Türkiyənin Demora şirkəti arasında Sumqayıt Kimya Sənaye Parkında ferroərintilərin istehsalı üzrə zavodun tikilməsinə dair müqavilə imzalanıb .

Tədbirin sonunda Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təltif edilmiş sənaye mütəxəssislərinə Tərəqqi medalı və onun vəsiqələri təqdim olunub.

1news.az

Paylaş:
972

Son xəbərlər

Bakıda sıxlıq müşahidə edilən küçə və prospektlərBu gün, 08:51COP29 çərçivəsində İqtisadiyyat Nazirliyi tərəfindən təşkil edilmiş tədbirlər26 / 11 / 2024, 18:52Azərbaycan və Türkiyə dəniz xüsusi təyinatlıları şərti düşmən arxasına helikopterdən enmə tapşırıqları yerinə yetiriblər26 / 11 / 2024, 17:51Bakı ilə Seul arasında birbaşa uçuşlar həyata keçiriləcək26 / 11 / 2024, 17:44Milli Məclisin 29 noyabra olan gündəliyi açıqlanıb - SİYAHI26 / 11 / 2024, 17:41Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVA26 / 11 / 2024, 17:23Özbəkistan Baş Prokurorluğu Komil Allamjonova sui-qəsd cəhdi ilə bağlı cinayət işinin yeni təfərrüatlarını açıqlayıb26 / 11 / 2024, 17:12Nəsimi rayonunda qanunsuz tikilinin qarşısı alındı26 / 11 / 2024, 17:08Sabah bələdiyyə seçkilərinin tarixi elan ediləcək26 / 11 / 2024, 16:52Sevinc Fətəliyeva: “Azərbaycan COP29-la beynəlxalq ictimaiyyətin inam və etimadını növbəti dəfə doğrultdu”26 / 11 / 2024, 16:41“Araz-2024” birgə taktiki təliminə hazırlıq prosesi başa çatıb - FOTO26 / 11 / 2024, 16:34Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib26 / 11 / 2024, 15:59Metroda qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək - “Həzi Aslanov” təmirə dayanır26 / 11 / 2024, 15:52Azərbaycanda daha 549 mənzil kirayə üsulu ilə satışa çıxarılacaq26 / 11 / 2024, 15:36Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaq26 / 11 / 2024, 15:25Hikmət Hacıyev: “Politico” nəşri dezinformasiya yaymaqda davam edir26 / 11 / 2024, 15:18Xarici jurnalistlər Qala qoruğunda olublar26 / 11 / 2024, 14:32AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib - SƏRƏNCAM26 / 11 / 2024, 14:10Bakının rayonlarında qışa hazlıqla bağlı müşavirələr keçirilir26 / 11 / 2024, 14:01Elçin Məsiyev UEFA Konfrans Liqası matçının baş hakimi təyin olunub26 / 11 / 2024, 13:47
Bütün xəbərlər