AZAL təyyarədə notbuk və smartfon akkumulyatorlarının daşınmasına qadağa məsələsinə aydınlıq gətirib
"Azərbaycan Hava Yolları” sərnişin aviasiya şirkəti tərəfindən uçuşların təhlükəsizliyini təmin edilməsi məqsədiylə litium ion batareyaların (UN 3480 saylı) həmçinin litium metal batareyaların daşınmasına qadağa qoyulub.
1news.az xəbər verir ki, bu qadağa şirkət tərəfindən keçirilən Risk Dəyərləndirməsinin nəticəsi olaraq İCAO-nun qərarından bir qədər əvvəl tətbiq olunub.
“İCAO-nun qərarı mobil cihazların (diz üstü noutbuk, telefon, planşet və s.) tərkibində olan batareyalara (UN 3481 saylı) şamil edilmədiyinə görə bu qərar sərnişin baqajında mobil cihazların daşınmasına təsir etməyəcəkdir”, -deyə, aviaşirkətdən bildirilb.
Nəzərinizə çatdırmaq istərdik ki, yüksək alışma təhlükəsinə görə son zamanlar populyar olan İki təkərli özünü balanslaşdıran segvey və skuterlərin sərnişinlərin əl yükündə və qeydiyyatdan keçmiş baqajlarında daşınması da şirkətimizin tərəfindən qadağan edilib.
Bu qərar 1 aprel 2016-cı il tarixindən qüvvəyə minəcək. Litiy- ion akkumulyatorların daşınması onlar üçün odadavamlı qablaşdırma hazırlanana qədər qadağan olunacaq.
1news.az