Polis civə satmaq istəyən şəxsi saxlayıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Polis civə satmaq istəyən şəxsi saxlayıb

17:38 - 23 / 02 / 2016
Polis civə satmaq istəyən şəxsi saxlayıb

Polis 1 kiloqramdan artıq civəni satmaq istəyən şəxsi saxlayıb.

1news.az-ın məlumatına görə, bu, Daxili işlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mümkün olub.

Belə ki, aparılmış əməliyyat zamanı Bakı şəhər sakini Süleyman Hacıyev 1 kiloqram 285 qram metallik civəni 5000 manata satarkən tutulub.

1news.az

Paylaş:
674

Son xəbərlər

Bütün xəbərlər