Birtaniya XİN başçısı: "Suriyada Əsəd, Rusiya və kürdlərin fəaliyyətindən narahatıq"
"Son həftələrdə Suriyada kürd silahlıları, Bəşşar Əsəd rejimi və Rusiya hava qüvvələri arasındakı əlaqə ilə bağlı narahatedici dəlillər var".
1news.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bunu Britaniyanın xarici işlər naziri Filip Hammond krallığın İcmalar Palatasındakı çıxışında vurğulayıb.
Qeyd edək ki, Türkiyə rəsmiləri terrorçu PKK qruplaşmasının Suriyadakı qolları "PYD" və "YPG"nin Bəşşar Əsəd və Rusiya ilə birgə fəaliyyət göstərdiyini, hətta onların Rusiya tərəfindən maliyyələşdiyini bildirir. Ancaq Britaniyanın ən yaxın müttəfiqi ABŞ isə "PYD" və "YPG"ni terrorçu saymadığını bəyan edir. Hətta Ağ evin bir neçə il öncə "PYD"ni terrorçu təşkilatlar siyahısından da çıxardığı da məlum olub.
1news.az
748