“DəmirBank”a dekabrdan bəri 32 milyon manat əmanət yerləşdirilib | 1news.az | Xəbərlər
İqtisadiyyat

“DəmirBank”a dekabrdan bəri 32 milyon manat əmanət yerləşdirilib

18:15 - 23 / 02 / 2016
“DəmirBank”a dekabrdan bəri 32 milyon manat əmanət yerləşdirilib

2015-ci ilin dekabr ayından müştərilər tərəfindən “DəmirBank”a manat ekvivalentində 32 milyon vəsait yerləşdirilib.

1news.az-a Bankdan verilən məlumata görə, bu bazardakı vəziyyətdən asılı olmayaraq müştərilərin “DəmirBank”a qarşı olan inam və etibarının göstəricisidir.

“Bu göstəricinin digər səbəbi isə bankın daim müştərilərin tələblərinə uyğun, çox sərfəli şərtlərlə müxtəlif əmanət növləri təklif etməsidir. Belə ki, hazırda müddətindən asılı olmayaraq USD əmanətlərini illik 9 faiz, AZN əmanətlərini isə illik 14 faizlə yerləşdirmək mümkündür”, - deyə bankdan bildiriblər.

Bununla bərabər, müştərilərin rahatlığını təmin etmək məqsədilə “DəmirBank” yeni “Plastik kartla yığım əmanəti” məhsulunu yaradıb. Əmanətə bağlı kart daim müştərinin yanında olduğundan vəsaitə ehtiyac yarandıqda yığım kartından komissiyasız pul çıxartmaq və ya digər kartlarda olduğu kimi ödənişlər zamanı istifadə etmək mümkündür. Bununla bərabər, əmanətçilər istifadə olunmayan və kartda qalan vəsaitdən illik 5 faizədək gəlir qazanmaq imkanını da əldə edirlər. Plastik kart bank tərəfindən müştəriyə hədiyyə olunur.

1news.az

Paylaş:
713

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər