İlham Əliyevlə Həsən Ruhaninin görüşü: enerji və nəqliyyat sahəsi əməkdaşlığın açarı kimi | 1news.az | Xəbərlər
Rəsmi

İlham Əliyevlə Həsən Ruhaninin görüşü: enerji və nəqliyyat sahəsi əməkdaşlığın açarı kimi

19:07 - 23 / 02 / 2016
İlham Əliyevlə Həsən Ruhaninin görüşü: enerji və nəqliyyat sahəsi əməkdaşlığın açarı kimi

Fevralın 23-də Tehranda İran və Azərbaycan prezidentləri Həsən Ruhani ilə İlham Əliyevin görüşü oldu.

1news.az-ın İranın Mehr agentliyinə istinadla verdiyi xəbərə görə, dövlət başçıları bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparıblar ki, buraya əsasən, beynəlxalq vasitəçilərin İranın 2015-ci il iyulun 14-də nüvə proqramı ilə bağlı “altılığın” razılığından sonra ikitərəfli əməkdaşlığın yaxşılaşdırılması da daxildir.  

Görüşdə həmçinin birgə iqtisadi əməkdaşlıq, enerji layihələri, eyni zamanda iki ölkənin liman şəhərlərində dəmir yolları ilə bağlı məsələlər də mzakirə olunub.  

Həsən Ruhani Azərbaycan Prezidenti İlham Əliyevin Tehrana səfərini alqışlayaraq, bunun İranda parlament seçkiləri, eyni zamanda hər iki ölkənin xalqlarının qeyd etdiyi Novruz bayramı ilə üst-üstə düşməsini yaxşı əlamət olaraq vurğuladı.

“Azərbaycan Prezidenti İlham Əliyevi Tehranda qarşılamağa şadıq. Belə ki, bu görüş sanksiyalardan sonrakı dövrə düşdüyü üçün hər iki ölkə ikitərəfli ticarət əlaqədlərini geniş müzakirə edə bilər. Son iki ildə birgə iqtisadi komissiya daha fəal çalışıb ki, bunun da nəticəsi olaraq ikitərəfli əməkdaşlıqla bağlı 11 memorandum imzalandı”, - İran prezidenti Həsən Ruhani bildirib.  

Eyni zamanda İran prezidenti qeyd edib ki, Xəzər dənizində neft-qaz sahəsində birgə əməkdaşlıqla bağlı konstruktiv dialoq da baş tutub:

“Baxışlarımız bir çox aspektlərdə birləşir. İki ölkə arasındakı münasibətlər qədim tarixə, keçmiş ortaq mədəniyyətə və siyasətə söykənir”.

Öz növbəsində Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycanla İran arasında ikitərəfli münasibətlər keçmişdən ümumi mədəni və siyasi əlaqələrə söykənir və o, sözlərinə əlavə edib ki, bu gün də bu münasibətlər strateji xarakter daşıyır.  

“Beynəlxalq sahədə iki dövlət bir-birini dəstəkləyir və bir çox məsələlərdə oxşar mövqe daşıyır. Azərbaycanla İran arasında ticarət əlaqələri yaxşı və perspektivli potensial təşkil edir”, - İlham Əliyev bildirib.  

Prezident qeyd edib ki, bu gün iranlı həmkarı ilə görüşü zamanı regional inkişafın mümkünlüyü barədə, həminin terrorizmlə bağlı məsələlər müzakirə olunub.  

“Biz çox şadıq ki, ABŞ və Rusiya hərbi əməliyyatların xitamı ilə bağlı razılığa gəliblər. Suriya böhranının əvvəlindən qeyd edirdik ki, münaqişənin həlli ilə bağlı istənilən siyasi təşəbbüs ilkin  atəşkəsi tələb edir. Suriya xalqı öz taleyini özü həll etməldir. İran və Azərbaycan bu məsələ ilə bağlı öz mövqeyindən çıxış edəcək”, - Prezident İlham Əliyev bildirib.  

Həmçinin Prezident İlham Əliyev qeyd edib ki, ölkələr biri-birilərinin daxili işlərinə müdaxilə etməməli və hörmətlə yanaşmalıdır:

“Əgər ölkələr bu istiqamətdə irəliləsələr və daxili işlərə müdaxilə olmasa, regionda müharibə bitər və sülh gələr”.

İki ölkə arasında bir sıra sənədlərin imzalandığını söyləyən dövlət başçısının fikrincə, bu, onu göstərir ki, ölkələr arasında əlaqələr bundan sonra da inkişaf edəcək:

“Cənub-Şərq dəhlizinin açılması ilə bağlı atılan bugünkü addım çox effektlidir. Bu ilin sonunadək Azərbaycan üzərinə düşən vəzifələri icra edəcək, öz dəmir yolumuzu İran xəttinə birləşdirəcəyik”.

Prezident İlham Əliyev Xəzər dənizinin resurslarının ümumi istifadəsi ilə bağlı da faydalı danışıqların aparıldığını vurğulayıb:

“Xəzər dənizi bizim ümumi sərvətimizdir və o, bizim üçün təhlükəsizlik, sülh və sabitlik mənbəyidir. Azərbaycan enerji sahəsində yaxşı işlər görüb. Bizi parlaq gələcək gözləyir. Bu sahədəki əməkdaşlıq yalnız İran və Azərbaycanın əməkdaşlığı ilə məhdudlaşmır, qonşu ölkələr də bu layihəyə qoşula bilərlər, belə olduğu halda, bu, regional və transmilli layihəyə çeviriləcək”.

1news.az

Paylaş:
869

Son xəbərlər

Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilib22 / 11 / 2024, 18:02Bloomberg: SOCAR Türkiyədəki qazpaylayıcı şəbəkəsini satmaq üçün danışıqlar aparır22 / 11 / 2024, 17:40Trendyol COP29-da - Şirkət 2023-cü il üzrə Dayanıqlılıq Hesabatını təqdim etdi - FOTO22 / 11 / 2024, 17:37COP29 Sədrliyi bəyanat yayıb - Maliyyənin artırılması ilə bağlı çağırış22 / 11 / 2024, 17:27İsrailli nazir Albert Aqarunovun məzarını ziyarət edib22 / 11 / 2024, 17:15İlk gündəki kimi izdiham, önəmli görüşlər – COP29-un son günündən FOTOREPORTAJ22 / 11 / 2024, 17:13Dövlət başçısı: Əminəm ki, ICAPP 12-ci Baş Assambleyasında müzakirələr səmərəli əməkdaşlığa yol açacaq22 / 11 / 2024, 17:07Prezident: Azərbaycan Cənubi Qafqazda dayanıqlı sülh üçün əlverişli şərait yaradıb22 / 11 / 2024, 16:52İlham Əliyev ICAPP 12-ci Baş Assambleyasının iştirakçılarına müraciət ünvanlayıb22 / 11 / 2024, 16:39Azərbaycan və Almaniya XİN başçıları görüşüb22 / 11 / 2024, 16:24Fərid Əhmədova III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilib22 / 11 / 2024, 16:19Azərbaycanın təşəbbüsü ilə ilk dəfə Qlobal Cənub QHT Platforması yaradılır22 / 11 / 2024, 15:56Azad olunmuş ərazilərə getmək istəyənlərin NƏZƏRİNƏ: Dekabr üçün biletlər satışa çıxarılacaq22 / 11 / 2024, 15:50Azərbaycanın turizm imkanları Özbəkistanda sərgilənir22 / 11 / 2024, 15:40Sevgilisini bıçaqlayıb maşınla üzərindən keçdi22 / 11 / 2024, 15:37Rusiya-Ukrayna müharibəsində həlak olan azərbaycanlının nəşi 2 ay sonra tapıldı22 / 11 / 2024, 15:11Goranboyda qadın bıçaqlanıb22 / 11 / 2024, 14:55Fuad Axundov COP29-da İrəvan xanlığının tarixindən danışdı - FOTO22 / 11 / 2024, 14:19Qubada iki avtomobil toqquşub22 / 11 / 2024, 14:18İmişlidə ölümlə nəticələnən yol qəzası olub22 / 11 / 2024, 14:02
Bütün xəbərlər