Dövlət Miqrasiya Xidməti Sabirabadda maarifləndirmə tədbiri keçirib - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Dövlət Miqrasiya Xidməti Sabirabadda maarifləndirmə tədbiri keçirib - FOTO

20:26 - 23 / 02 / 2016
Dövlət Miqrasiya Xidməti Sabirabadda maarifləndirmə tədbiri keçirib - FOTO

Şirvan regional miqrasiya idarəsinin xidmət ərazisinə aid olan Sabirabadda təşkil olunmuş maarifləndirmə tədbirində əcnəbi və vətəndaşlığı olmayan şəxslər, vətəndaşlar, aidiyyəti dövlət qurumları, ictimai təşkilatlar, işəgötürənlər, sahibkarların nümayəndələri iştirakı ediblər.

1news.az-ın verdiyi xəbərə görə, Dövlət Miqrasiya Xidmətinin məsul əməkdaşı ölkəmizdə miqrasiya sahəsində dövlət siyasəti, miqrasiya proseslərinin idarə edilməsi və tənzimlənməsi işi ilə bağlı ətraflı məlumat verib. Miqrasiya qanunvericiliyinə edilmiş əlavə və dəyişikliklər haqqında geniş söhbət açıb. Buraxılış və qəbul imtahanlarında çətinliklərlə üzləşməmələrinə görə Azərbaycan Respublikasının orta təhsil müəssisələrində təhsil alan əcnəbi şagirdlərin ölkə ərazisində yaşmalarının leqallaşdırılması və onlara müvəqqəti yaşamaq üçün icazə vəsiqəsinin verilməsinə görə valideyinlərin Dövlət Miqrasiya Xidmətinə vaxtında müraciət etmələrinin zəruriliyi konkret faktlarla diqqətə çatdırılıb. Müraciət edənlərin rahatlıqlarının təmin olunması üçün Prezident İlham Əliyevin xüsusi diqqət və qayğısı ilə əhatə olunmuş Xidmətin 8 regional miqrasiya idarəsinin tam gücü ilə fəaliyyət göstərdiyi bildirilib.

Tədbirdə vətəndaşlıq məsələləri ilə bağlı həyata keçirilən fəaliyyət, ikilvətəndaşlıq problemi, vətəndaşsızlıq hallarına dair izahedici məlumat təqdim olunub. Xüsusi vurğulanıb ki, xarici dövlətin vətəndaşlığını könüllü qəbul etmiş vətəndaşımız “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanuna əsasən bir ay müddətində müvafiq icra hakimiyyəti orqanına yazılı məlumat verməlidir. Şəxs bu barədə respublikamızın ərazisində olduqda Dövlət Miqrasiya Xidmətinə, ölkə hüdudlarından kənarda olduqda isə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə müraciət etməlidir. Ərizə-anketin nümunəsi www.migration.gov.az - Dövlət Miqrasiya Xidmətinin rəsmi internet səhifəsində yerləşdirilib. Məlumat verməyən şəxslər Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş qaydada 3 min manatdan 5 min manata qədər cərimə və ya 360 saatdan 480 saatadək ictimai işlər ilə cəzalandırılırlar. Qeyd olunanlar 01 iyul 2014-cü il tarixdən digər ölkənin vətəndaşlığını əldə etmiş Azərbaycan Respublikasının vətəndaşına şamil olunur.

Həmçinin, qanunsuz miqrasiyaya qarşı mübarizə tədbirləri haqqında da ətraflı söhbət açılan görüşdə bildirilib ki, bu ilin yanvar ayında əcnəbi və vətəndaşlığı olmayan 1.569 şəxs tərəfindən inzibati qanunvericiliyin pozulması halı aşkar edilib və müvafiq tədbirlər görülüb. Xidmət əməkdaşı hər bir əcnəbi və ya vətəndaşlığı olmayan şəxsin, o cümlədən əcnəbi işçi qüvvəsindən istifadə etmək istəyən hər bir işəgötürənin qanunvericiliyin tələblərinə ciddi riayət etməli olduqlarını vurğulayıb.

Ölkədə olmasını, yaşamsını leqallaşdıran hər bir əcnəbi və vətəndaşlığı olmayan şəxsin hüquqlarının qorunması Dövlət Miqrasiya Xidmətinin prioritetidir. Ona görə də respublikamıza təşrif buyuran hər bir xarici vətəndaş vaxtında qeydiyyatdan keçməlidir.

Qeyd edək ki, ötən il əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən ölkədə müvəqqəti olma müddətlərinin uzadılması, müvəqqəti və daimi yaşamaq üçün icazələrin verilməsi, vətəndaşlığa qəbul, xitam, bərpa, eləcə də vətəndaşlıq mənsubiyyətinin və qaçqın statusunun müəyyənləşdirilməsi, əmək fəaliyyətinin həyata keçirilməsi üçün iş icazələrinin verilməsi və mövcud iş icazələrinin müddətlərinin uzadılması ilə bağlı ümumilikdə 105.550 şəxs tərəfindən müraciət və Xidmətin Çağrı mərkəzinə 99.439 telefon zəngi daxil olub. Həmçinin, ötən il ölkədə qalma müddətinə müvafiq olaraq respublikamıza girişi qeydə alınmış əcnəbilərdən 670.326 nəfəri olduğu yer üzrə qeydiyyata alınıb.

Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

1news.az

Paylaş:
865

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər