Tanınmış vəkil beynəlxalq axtarışa verildi | 1news.az | Xəbərlər
Cəmiyyət

Tanınmış vəkil beynəlxalq axtarışa verildi

22:23 - 23 / 02 / 2016
Tanınmış vəkil beynəlxalq axtarışa verildi

Tanınmış azərbaycanlı vəkil beynəlxalq axtarışa verilib.

1news.az-ın APA-ya istinadən məlumatına görə, bu barədə İnterpolun saytında məlumat yerləşdirilib.

Məlumatda qeyd olunur ki, 1960-cı il təvəllüdlü Rəna Həsənli dələduzluqda təqsirləndirilir. O, ölkədən qaçdığı üçün barəsində dövlətlərarası axtarış elan edilib, saxlanılması üçün İnterpola müraciət edilib.

Qeyd edək ki, R.Həsənli vəkillik fəaliyyəti ilə məşğul olub. O, həbsdə olan tanınmış teleaparıcı İlham Mirzəyevin hüquqlarını da müdafiə edib.

1news.az

Paylaş:
546

Son xəbərlər

İsmayıllıda zəlzələ olub

12 / 07 / 2025, 10:12
Bütün xəbərlər