ADİF: “Bank of Azerbaijan” və “Gəncəbank”ın əmanətçilərinə kompensasiya ödənilməsi davam edir | 1news.az | Xəbərlər
İqtisadiyyat

ADİF: “Bank of Azerbaijan” və “Gəncəbank”ın əmanətçilərinə kompensasiya ödənilməsi davam edir

23:09 - 23 / 02 / 2016
ADİF: “Bank of Azerbaijan” və “Gəncəbank”ın əmanətçilərinə kompensasiya ödənilməsi davam edir

Sığorta hadisəsi baş vermiş “Bank of Azerbaijan” ASC-nin qorunan əmanətçilərindən ərizələrin qəbuluna 29 yanvardan etibarən agent bankların filiallarında başlanılmış və həmin gündən etibarən qorunan əmanətçilərə kompensasiya ödənişi həyata keçirilir.

1news.az-a Əmanətlərin Sığortalanması Fondundan (ADİF) verilən məlumata görə, seçilmiş agent banklar tərəfindən sənədləri qaydasında olan qorunan əmanətçilərə 22 milyon 215 min manatdan artıq kompensasiya ödənilib.

Sığorta hadisəsi baş vermiş “Gəncəbank” ASC-nin seçilmiş agent banklar tərəfindən sənədləri qaydasında olan qorunan əmanətçilərə 671 min manatdan artıq kompensasiya ödənilib.

Ərizə formalarını “Bank of Azerbaijan” ASC və “Gəncəbank”ASC-nin  qorunan əmanətçiləri Əmanətlərin Sığortalanması Fondunun Bakı şəhəri, Bül-Bül prospekti 40 ünvanında yerləşən ofisindən, sığorta hadisəsi baş vermiş “Bank of Azerbaijan” ASC və “Gəncəbank”ASC-nin  filiallarından əldə edə bilərlər.

1news.az

Paylaş:
808

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər