İnterpolun sorğusu ilə qəza törətmiş sürücü beynəlxalq axtarışa verilib – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

İnterpolun sorğusu ilə qəza törətmiş sürücü beynəlxalq axtarışa verilib – FOTO

17:01 - 24 / 02 / 2016
İnterpolun sorğusu ilə qəza törətmiş sürücü beynəlxalq axtarışa verilib – FOTO

Azərbaycan hüquq-mühafizə orqanları daha bir nəfəri beynəlxalq axtarışa verib.

Bu haqda 1news.az İnterpolun rəsmi saytına istinadən xəbər verir.

1982-ci il təvəllüdlü Telman Allahverdiyev yol hərəkəti qaydalarını pozmaqda təqsirləndirilir.  O, ölkədən qaçdığı üçün barəsində dövlətlərarası axtarış elan olunub və saxlanılması üçün İnterpola müraciət edilib.

Qeyd edək ki, T.Allahverdiyev 2015-ci ildə avtobus qəzası törədib. Onun barəsində Cinayət Məcəlləsinin 263 (“Avtomobil, tramvay və ya digər nəqliyyat vasitəsilə yol-nəqliyyat hadisəsini törədən şəxslə bağlı”) maddəsi ilə cinayət işi açılıb. 

1news.az

Paylaş:
548

Son xəbərlər

Bütün xəbərlər