Bakıda qırmızı işıqda keçən sürücülər onları saxlayan polisləri döydülər | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda qırmızı işıqda keçən sürücülər onları saxlayan polisləri döydülər

17:21 - 24 / 02 / 2016
Bakıda qırmızı işıqda keçən sürücülər onları saxlayan polisləri döydülər

Bakıda yol hərəkəti qaydalarını pozan sürücülər polis əməkdaşlarını döyüblər.

1news.az-ın “Qafqazinfo”ya istinadən verdiyi xəbərə görə, hadisələrdən biri Yasamal rayonu, H.Əliyev küçəsində baş verib.

Abşeron rayon sakini 1989-cu il təvəllüdlü Bəhruz Məmmədli idarə etdiyi “Mitsubishi” markalı 90 BV 701 nömrəli avtomobillə işıqforun qırmızı işığından keçib. Sürücü B.Məmmdəli həmin vaxt orada xidmətdə olan Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin polis baş leytenanatı 1979-cu il təvəllüdlü Anar Rəsulov və polis serjantı 1984-cü il təvəllüdlü Kazım Həziyev tərəfindən saxlanılıb.

B.Məmmədli polis əməkdaşları söyərək təhqir edib, K.Həziyevin paqonunu qoparıb. Sürücü, digər polis əməkdaşı A.Rəsulovun üzündən yumruqla vuraraq ona xəsarət yetirib.

Bakı Şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsində araşdırma aparılır.

Analoji hadisə Xəzər rayonu ərazisində də qeydə alınıb. Baş Prokurorluğun yaydığı məlumata görə, fevralın 24-də paytaxtın Xəzər rayonu ərazisində rayon Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinin xidmətdə olan polis serjantları Vüqar Abbasov və Ceyhun Ağayev tərəfindən işıqforun qadağanedici siqnalında hərəkət edən “VAZ 2107” markalı 10-DL-542 dövlət qeydiyyat nişanlı avtomobilə saxla işarəsi verilməsinə baxmayaraq sürücü yol polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq yüksək sürətlə hərəkətini davam etdirməklə yaşadığı Mərdəkan qəsəbəsi, Qızılqum bağlar masisivində avtomobilini saxlayıb.

Avtomobili saxladıqdan sonra sürücü Rakif Abdullayev, avtomobildə olan qardaşı Gülbala Abdullayev və atası Rafiq Abdullayev ətrafda olan daş, taxta və digər küt alətlərdən istifadə edərək polis əməkdaşları V.Abbasova və C.Ağayevə fiziki zor tətbiq etməklə müxtəlif bədən xəsarətləri yetiriblər. 

V.Abbasov aldığı xəsarətlərlə bağlı Daxili İşlər Nazirliyinin hospitalına yerləşdirilmiş, C.Ağayevə isə ambulator tibbi yardım göstərilərək evə buraxılıb.

Fakta görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə) maddəsi ilə cinayət işi başlanıb və məhkəmə-tibbi ekspertizaları təyin edilib.

Həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri nətiəsində Rakif, Gülbala və Rafiq Abdullayevlər cinayəti törətməkdə şübhəli şəxs qismində tutulublar.

Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.

1news.az

 

Paylaş:
558

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər