İran PA-nın rəhbəri: “Azərbaycan Prezidentinin İrana səfəri əlaqələrin strateji müttəfiqlik səviyyəsinə yüksəlməsinə təkan verəcək” | 1news.az | Xəbərlər
Siyasət

İran PA-nın rəhbəri: “Azərbaycan Prezidentinin İrana səfəri əlaqələrin strateji müttəfiqlik səviyyəsinə yüksəlməsinə təkan verəcək”

17:35 - 24 / 02 / 2016
İran PA-nın rəhbəri: “Azərbaycan Prezidentinin İrana səfəri əlaqələrin strateji müttəfiqlik səviyyəsinə yüksəlməsinə təkan verəcək”

“Azərbaycan Prezidentinin İrana səfəri qarşılıqlı əlaqələrin daha da inkişaf edərək strateji müttəfiqlik səviyyəsinə yüksəlməsinə böyük təkan verəcək”.

1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, bu fikri İran Prezidenti Administrasiyasının (PA) rəhbəri Məhəmməd Nəhavəndiyan yerli mətbuata açıqlamasında bildirib.

M.Nəhavəndiyan deyib ki, səfər zamanı 11 sənədin imzalanması iki dövlət arasındakı münasibətlərin inkişafında yeni səhifə açdı. İmzalanmış sənədlər İran ilə Azərbaycanın əməkdaşlıq əlaqələrinin perspektivi üçün möhkəm zəmin yaratdı:

“İranın Azərbaycanla enerji sahəsindəki əlaqələri xüsusi əhəmiyyət daşıyır. Bu sahə hər iki ölkə üçün strateji xarakterə malikdir”.

1news.az

 

Paylaş:
610

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər