İsveçdə Xocalı soyqırımına həsr olunmuş “Sonsuz dəhliz” filminin premyerası keçirilib | 1news.az | Xəbərlər
Cəmiyyət

İsveçdə Xocalı soyqırımına həsr olunmuş “Sonsuz dəhliz” filminin premyerası keçirilib

17:39 - 24 / 02 / 2016
İsveçdə Xocalı soyqırımına həsr olunmuş “Sonsuz dəhliz” filminin premyerası keçirilib

İsveçin paytaxtı Stokholmda Xocalı soyqırımına həsr olunmuş “Sonsuz dəhliz” filminin premyerası keçirilib.

1news.az-ın məlumatına görə, “Zita” tetrında baş tutan premyerada tanınmış siyasətçilər, jurnalistlər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

BAFTA Kino Akademiyasının mükafatçısı britaniyalı aktyor Ceremi Ayrons tərəfindən səsləndirilmiş filmin prodüseri və rejissoru litvalı Aleksandras Brokasdır.

“Xocalıya Ədalət!” kampaniyası çərçivəsində keçirilən tədbirdə iştirakçılara keçən əsrin ən böyük faciələrindən olan Xocalı soyqırımı haqqında geniş məlumat verilib.

A.Brokas bildirib ki, o, regionda olan vəziyyətlə bağlı müstəqil baxış yaratmaq üçün bu layihə üzərində 15 ölkədən olan mütəxəssislərlə birgə işləyib:

“Azadlıq və müstəqilliyə doğru gedən yol bütün post-sovet ölkələrində çox oxşardır: bu mübarizə çox baha başa gəldi. Xocalı faciəsində riyakar və qəddar insanların digərlərinin taleyini necə həll etməsi hekayəsindən bəhs edilir”. 

Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) direktoru Lionel Zetter qeyd edib ki, beynəlxalq səylərə baxmayaraq bu günədək Dağlıq Qarabağ münaqişəsinin həlli hələ də tapılmayıb: “Mən ümid edirəm ki, bu film unudulmuş regiona diqqəti yenidən cəlb edəcək”.

Qeyd edək ki, film Dağlıq Qarabağ münaqişəsini və Xocalı qırğınını hərbi müxbir kimi işıqlandırandan 20 il sonra Azərbaycana qayıdan litvalı jurnalist Riçard Lapaitisin  hekayəsi əsasında qurulub.

Sənədli filmdə onun bu faciədən sonra sağ qalanlarla yenidən görüşməsi kadrları göstərilir. Onlar təhlükəsiz dəhliz axtarışına çıxaraq “Sonsuz dəhliz” boyu erməni bombardmanından qaçdıqları, bu yolda itirdikləri əzizlərini xatırlayaraq öz ürək dağlayan hekayələrini nəql edirlər.

Filmdə, həmçinin, qırğını törədənlər, erməni komandirlərinin fikirləri, onların müharibə strategiyası və səbəbləri barəsində də bəhs edilir. Birləşmiş Millətlər Təşkilatının bir neçə qətnamə qəbul etməsinə və digər beynəlxalq qurumların Dağlıq Qarabağdakı Ermənistan silahlı qüvvələrinin qeyd-şərtsiz çıxarılmasına dair çağırışlarına baxmayaraq, bu günə qədər Dağlıq Qarabağ və Azərbaycanın yeddi ətraf rayonu işğal altında qalmaqda  davam edir.

Tədbirdə, həmçinin, “Müharibə çinayətinin Xocalı şahidi. Ermənistan müttəhim kürsüsündə”  adlı kitabın da təqdimatı keçirilib. Kitabın redaktoru İan Peart bildirib ki, bu kitab iki məqsəd daşıyır: qurbanlar barədə həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq və beynəlxalq baxımdan obyektiv faktları təmin etməkdir:

“Bu kitabı oxuyandan sonra, ümid edirəm ki, oxucular özlərinə sual edəcəklər: yardım etmək üçün mən nə edə bilərəm?  Biz bu cür cinayətlərin təkrarlanmasına bir daha yol verməməliyik”.

Onu da bildirək ki, film, hazırda beynəlxalq yayım şirkətləri tərəfindən nümayiş etdirilir.

1news.az

 

Paylaş:
553

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər