Bakıda Böyük Moskva Sirkinin gepardlar və leopardlarla şousu olacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda Böyük Moskva Sirkinin gepardlar və leopardlarla şousu olacaq

17:52 - 24 / 02 / 2016
Bakıda Böyük Moskva Sirkinin gepardlar və leopardlarla şousu olacaq

18 mart tarixindən Bakı Dövlət Sirkində “Gepardlar adası” şousu nümayiş olunacaq.

1news.az xəbər verir ki, proqramda müasir sirk tarixində yeganə olan leopardlarla atraksion nümayiş olunacaq.

İki saat davam edəcək nadir sirk proqramında “Kenquru sevgisi”, “Hava şarında səyahət” nömrələri, həmçinin illüzionistlərin möhtəşəm şousu göstəriləcək. 

“Gepardlar adası” şousu mart ayının sonuna qədər davam edəcək

Biletlər artıq sirkin kassalarında satışa çıxarılıb.

1news.az

 

Paylaş:
1272

Son xəbərlər

Bütün xəbərlər