“Neft Daşları” yatağında yeni quyu qazılır
“Neft Daşları” yatağındakı 1954A saylı meydançadan 2688 nömrəli quyuda qazma işlərinə başlanılıb.
1news.az-ın SOCAR-ın saytına istinadən verdiyi xəbərə görə, “Azneft” İstehsalat Birliyi “Neft Daşları” Neft və Qazçıxarma İdarəsinin sifarişi ilə Kompleks Qazma İşləri Tresti tərəfindən Qala Lay Dəstəsinə qazılan quyunun layihə dərinliyi 1600 metrdir.
Geoloqların hesablamalarına əsasən, quyudan sutkada 10 ton neft hasil olunacağı nəzərdə tutulur.
1news.az
468